Firudin Qurbanov “Azərbaycanın Yeni İnkişaf Konsepsiyası və Milli Kimlik" adlı konfransda iştirak edib
Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) “Zəfər həftəsi” çərçivəsində “Azərbaycanın Yeni İnkişaf Konsepsiyası və Milli Kimlik” mövzusunda konfrans keçirilib. Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, tədbirin mahiyyəti Zəfərin 5 illiyinə həsr olunub və Azərbaycanın inkişaf konsepsiyası ilə milli kimlik məsələlərinin elmi müzakirəsini əhatə edir. Rektor qeyd edib ki, qələbənin bizə bəxş etdiyi tarixi və mənəvi nəticələrin ali təhsil və elmi tədqiqat müəssisələri tərəfindən dərindən öyrənilməsi vacibdir. Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin əsas missiyasının gənclərdə milli kimlik və mənəvi dəyərləri formalaşdırmaq olduğunu diqqətə çatdırıb. Nazir müavini bildirib ki, milli kimlik probleminə toxunmaq, təhsilin məzmununda milli kimlik, milli özünüdərk, milli-mənəvi dəyərlər, milli ideologiya, milli dil, din və qloballaşmanın milli kimliyə təsiri məsələlərinə münasibət bildirmək vacibdir. Firudin Qurbanovun sözlərinə görə, milli kimliyin dərindən dərk edilməsi və onun əsas komponentlərinin təhsildə ətraflı öyrədilməsi həyati zərurətə çevrilib. Milli kimliyi formalaşdıran əsas elementlərdən biri də milli mənəvi dəyərlərdir. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının formalaşması və inkişafı istiqamətində böyük xidmətlərini xatırladan Firudin Qurbanov qeyd edib ki, bu parlaq ideoloji irs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Firudin Qurbanov çıxışının sonunda qeyd edib ki, təhsil işçilərinin əsas vəzifəsi uşaqlarda və gənclərdə milli kimliyin formalaşmasına, milli-mənəvi dəyərlərin tədris prosesində yüksək səviyyədə aşılanmasına xidmət etməkdir. Konfransda çıxış edən millət vəkilləri, dövlət qurumlarının və elmi mərkəzlərin nümayəndələri Azərbaycanın yeni inkişaf mərhələsində milli kimliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının təhsildə və gənclər siyasətində təbliği, qlobal çağırışlar fonunda milli dəyərlərin qorunması məsələlərinə toxunublar. Çıxışçılar vurğulayıblar ki, Zəfərdən sonra formalaşan milli özünüdərk və dövlətçilik ideyaları ölkənin yeni inkişaf konsepsiyasının ideoloji əsasını təşkil edir. Bu baxımdan ali təhsil müəssisələrində elmi diskussiyalar və ictimai debatların təşkili mühüm əhəmiyyət daşıyır. Tədbir çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Can Laçın” adlı məqalə müsabiqəsinin qalibləri, eləcə də “Suveren Azərbaycan: keçmişdən gələcəyə” mövzusunda esse müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Tədbir BSU tələbələrinin ifasında təqdim edilən bədii hissə ilə yekunlaşıb.
06/11/2025 17:14
Nazir Zəfərin 5 illiyinə həsr olunmuş "Qələbənin işığında" adlı tədbirdə iştirak edib
Noyabrın 5-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş "Qələbənin işığında" mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət rəsmiləri, şəhid ailələrinin üzvləri, eləcə də müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev dövlət başçısının rəhbərliyi ilə müharibə əlilləri, şəhid ailələri və veteranların sosial təminatı məqsədilə geniş proqramlar həyata keçirildiyini diqqətə çatdırıb. Nazir əlavə edib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas kateqoriyalardan olan şəxslərə, o cümlədən şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və övladlarına müxtəlif xidmətlər təqdim olunur. Bu qəbildən olan şəxslərin bilik və bacarıqlarının artırılması üzrə işlər aparılır. Tədbir bədii hissə ilə davam etdirilib, şəhid övladlarının çəkdiyi fotolardan ibarət sərgi nümayiş olunub. AZƏRTAC
05/11/2025 17:59
Məktəblilərarası Milli Hakatonun yarımfinal və final mərhələlərinin tarixləri açıqlanıb
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” layihəsinin yarımfinal və final mərhələlərinin tarixləri müəyyənləşib. Yarımfinal mərhələsi 28–30 noyabr, final mərhələsi isə 1 dekabr 2025-ci il tarixlərində keçiriləcək. İştirakçılar bu mərhələlərdə layihə təqdimatları, praktiki tapşırıqlar və komanda əsaslı proqramlaşdırma üzrə bacarıqlarını nümayiş etdirəcəklər. Bu il ölkə üzrə 5–11-ci siniflərdə təhsil alan 300 mindən artıq şagird müsabiqəyə qatılıb. İlkin seçimlərdən sonra 300 şagird (74 komanda) yarımfinal mərhələsində mübarizəni davam etdirəcək. Hazırda komandalar yarımfinal mərhələsinə hazırlıq prosesini davam etdirirlər. Onlara IT sahəsində təcrübəli mütəxəssislər, o cümlədən “CODE FOR FUTURE” layihəsinin məzunları tərəfindən mentor dəstəyi göstərilir. Qeyd edək ki, hakatonla paralel olaraq məktəblilərin İKT bacarıqlarını inkişaf etdirmək məqsədilə “Code Hour Challenge” təşəbbüsü həyata keçirilir. 27 oktyabrdan aktiv olan “Süni intellekt” və “İnformasiya təhlükəsizliyi” mərhələləri 27 noyabra qədər davam edəcək. Bu mərhələlərdə 6–11-ci sinif şagirdləri iştirak edə və uğurla tamamladıqları halda sertifikatla təltif oluna bilərlər. Əvvəlki mərhələlərdə iştirak etməyən şagirdlər codehour.edu.az portalında qeydiyyatdan keçərək müsabiqəyə qoşula bilərlər.
05/11/2025 15:28
“Sabahın alimləri” XV respublika layihə müsabiqəsinə qeydiyyat başlayır!
Noyabrın 5-dən etibarən “Sabahın alimləri” XV respublika layihə müsabiqəsinə qeydiyyat başlayır. ABŞ-nin "Society for Science" təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XV respublika layihə müsabiqəsi keçiriləcək. Müsabiqənin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır. Müsabiqədə iştirak etmək istəyən şagirdlər 5 noyabr saat 15:00-dan etibarən 26 dekabr saat 17:00-dək https://anket.edu.az/user/281 platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar. Müsabiqə ilə bağlı qayda və formaları, eyni zamanda əlavə məlumatı https://sabahinalimleri.edu.az/ və https://arti.edu.az/ portalından əldə edə bilərsiniz. Formalar: Tədqiqat planı-Layihə xülasəsi Annotasiya və Sertifikasiya Layihənin Tərtib Forması Forma 1 Forma 1A Forma 1B Forma 1C Forma 2 Forma 3 Forma 7 Qaydalar: “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin keçirilmə qaydaları Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər. Əlavə suallarla bağlı aşağıda qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərsiniz: Mob: +99451 8167817 Mail: sabahinalimleri@edu.gov.az
05/11/2025 14:52
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri müzakirə olunub
Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin təşkilatçılığı ilə “Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin və aidiyyəti tabe qurumlarının nümayəndələri, orta ixtisas təhsili müəssisələrinin direktor və direktor müavinləri iştirak ediblər. Tədbirdə əvvəlcə orta ixtisas təhsili müəssisələrinə ötənilki qəbul nəticələrinə dair təqdimat nümayiş olunub. Müzakirələr zamanı orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu planının optimallaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb, növbəti tədris ili üçün tələbə qəbulu planlarının hazırlanması ilə bağlı təkliflər səsləndirilib. Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman çıxışında bildirib ki, qarşıdakı dövrdə orta ixtisas təhsili müəssisələrində qəbul siyasəti əmək bazarının real tələblərinə uyğunlaşdırılacaq. Bu məqsədlə ixtisas təsnifatının optimallaşdırılması, kadr hazırlığında keyfiyyət meyarlarının gücləndirilməsi və təhsilalma formalarının çevikləşdirilməsi əsas prioritetlərdən olacaq. Tədbir çərçivəsində orta ixtisas təhsili müəssisələrinin nümayəndələri də fəal iştirak edərək öz müşahidə və təkliflərini bölüşüblər.
05/11/2025 10:10
Cəbrayıl rayonunun Horovlu kəndində yeni məktəb və bağça inşa edilib
Oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə burada inşa edilmiş məktəb və körpələr evi-uşaq bağçası barədə də məlumat verilib. Qeyd edilib ki, burada inşa olunmuş 220 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də şərait yaradılıb. Horovluda 624 şagird yerlik müasir tam orta məktəb binası da tikilib. Məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.
04/11/2025 10:32
“Danışır təcrübə” layihəsinin qonağı Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov olub
Elm və Təhsil Nazirliyinin “Danışır təcrübə” layihəsi çərçivəsində növbəti görüş baş tutub. Layihənin budəfəki qonağı tanınmış hüquqşünas, Azərbaycan Ali Məhkəməsi sədrinin müavini və hakimi Çingiz Əsgərov olub. Görüşdə Elm və Təhsil Nazirliyinin və tabeliyindəki qurumların əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, eləcə də hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr iştirak ediblər. Çingiz Əsgərov “Konstitusiya və hüququn aliliyi” mövzusunda çıxış edərək iştirakçılara Azərbaycanın məhkəmə sistemi, hüquq islahatlarının mahiyyəti və hüququn insan həyatındakı rolu barədə ətraflı məlumat verib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən görüşdə hüququn insan həyatındakı həlledici rolu, Konstitusiya dəyərlərinin gündəlik qərarlara, vətəndaş münasibətlərinə və idarəetmə proseslərinə təsiri barədə geniş fikir mübadiləsi aparılıb. Çingiz Əsgərov çıxışında vurğulayıb ki, hüququn aliliyi yalnız məhkəmə sisteminin deyil, həm də bütün dövlət qurumlarının fəaliyyətinin əsas prinsipi olmalıdır. Çingiz Əsgərov əlavə edib ki, Konstitusiyada əksini tapan hüquq normalarının real həyata tətbiqi hüququn aliliyinin ən mühüm göstəricisidir. Hər bir dövlət orqanı qəbul etdiyi qərarlarda vətəndaş maraqlarını və Konstitusiya normalarını əsas götürməlidir. Bu, həm idarəetmənin keyfiyyətinə, həm də cəmiyyətin dövlətə olan inamına birbaşa təsir göstərir. Qeyd edək ki, “Danışır təcrübə” layihəsi Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafının təmin edilməsinə, liderlik və idarəetmə bacarıqlarının artırılmasına, eləcə də müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılmasına xidmət edir.
04/11/2025 10:13
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
4 noyabr saat 10:00-dan etibarən Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılacaq. Qeydiyyat prosesi 18 noyabr saat 12:00-dək davam edəcək. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar 051 206 78 48 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür. Şagirdlər qeydiyyatdan keçdikdən sonra əvvəlcə noyabr ayında məktəb turunda iştirak edəcəklər. Məktəb turunun keçirilmə tarixini təhsil aldıqları ümumi təhsil müəssisələrindən öyrənməlidirlər. Məktəb turunda uğurlu nəticə göstərən şagirdlər regional təhsil idarələrinin nəzdində yaradılmış Təşkilat Komitəsinin qərarı ilə 2026-cı ilin yanvar ayında keçiriləcək rayon (şəhər) mərhələsində iştirak hüququ qazanacaqlar. Qeyd edək ki, VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur. Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.
04/11/2025 09:30
Ümumi təhsildə media savadlılığının əhatə olunması məqsədilə müəllimlər üçün TOT seminarı keçirilib
“Media savadlılığı” həftəsinə hazırlıq çərçivəsində ümumi təhsildə media savadlılığının əhatə olunması məqsədilə Medianın İnkişafı Agentliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə müəllimlər üçün TOT seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova bildirib ki, media savadlılığının artırılması, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, müvafiq sahədə görülən işlərin effektivliyinin yüksəldilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə Agentlik tərəfindən davamlı tədbirlər həyata keçirilir. Daha sonra Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı və Təhsil İnstitutunun Dil fənlərinin proqramları şöbəsinin müdiri Turan Zəkəriyayeva “Təhsildə media savadlılığı: beynəlxalq təcrübə və yerli tətbiq perspektivləri” mövzusunda çıxış ediblər. Seminar çərçivəsində Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova “Saxta məlumatların müəyyənləşdirilməsi üsulları, etibarlı mənbəni necə tapmalı?” mövzusunda, həmin kafedranın dosenti Könül Niftəliyeva isə “Media savadlılığının tədrisi: metodika və effektiv yanaşmalar” mövzusunda seminar iştirakçıları ilə fikir mübadiləsi aparıblar. “Mediada rəqəmsal izlər: istehsalçı və istehlakçı davranışı” mövzusunda təşkil olunan sessiyada isə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tərəfindən “rəqəmsal iz” anlayışının mahiyyəti, onun media savadlılığının əsas komponentlərindən biri kimi əhəmiyyətindən bəhs edilib. ABŞ, Çin və digər müxtəlif ölkələrdə fəaliyyət göstərmiş beynəlxalq kommunikasiya mütəxəssisi, hazırda ABŞ-nin Valparaiso Universitetində magistr proqramının direktoru və dosenti kimi fəaliyyət göstərən Tiffany J. Bell “Yanlış narrativlərin aşkarlanması və mediada mesajları anlama” mövzusunda çıxış edib. O, dezinformasiya və manipulyativ məzmunların aşkarlanması, rəqəmsal mühitdə düzgün informasiya istehlakçısı olmağın yolları, həmçinin ictimai rəyin formalaşmasında media mesajlarının təsir mexanizmləri barədə danışıb. Seminar çərçivəsində sosial medianın yeniyetmə və gənclərə psixoloji təsirləri, media savadlılığının effektiv tədrisi ilə bağlı praktiki psixoloji metodlar barədə də danışılıb. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.
03/11/2025 15:40
Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə start verilib
Noyabrın 1-də ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə start verilib. Liqanın A qrupunda mübarizə aparan Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Mühəndislik Universitetinin komandalarının qarşılaşması olub, oyun 1:6 hesabı ilə başa çatıb. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandasına 6:0, Bakı Dövlət Universitetinin komandası Milli Aviasiya Akademiyasının komandasına 3:1 hesabla qalib gəlib. Liqanın B qrupunda qarşılaşan Odlar Yurdu Universitetinin komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasına 0: 6 hesabla məğlub olub. Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Bakı Slavyan Universitetinin komandasına 7:1, Bakı Ali Neft Məktəbinin komandası Azərbaycan Tibb Universitetinin komandasına 4:0 hesabla qalib gəlib. Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir. 14 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı turnirə 2026-cı ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar medal, pul mükafatı, çempion komanda kubok ilə, liqada fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq. Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarətdir.
03/11/2025 15:03
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib. Forumda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, bilik, bacarıq, yaradıcı yanaşma və komanda ilə işləmək qabiliyyəti müasir gənclər üçün əsas amillərdəndir və ölkənin inkişafında yaradıcı gənclərin rolu böyükdür. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23029-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #HeydərƏliyev #GənclərForumu
ƏtraflıMilanda Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetlərinin Sammiti” çərçivəsində Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya təşkil edilib. “Azərbaycan təcrübəsi: universitetlər beynəlxalq strategiyasını necə formalaşdırır” mövzusunda keçirilən sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov spiker qismində çıxış ediblər. Ülkər Səttarova çıxışında elm və ali təhsil sahəsində beynəlmiləlləşmə, bu istiqamətdə həyata keçirilən tərəfdaşlıqlar, Azərbaycanın beynəlxalq təhsil qrantı proqramları və “Study in Azerbaijan” layihəsinin əhəmiyyəti barədə danışıb. O, həmçinin beynəlxalq tədqiqat tərəfdaşlığı şəbəkəsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Ədalət Muradov isə Azərbaycan Dövlət İqtisad Universitetinin son illərdə beynəlxalq əməkdaşlıq və elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər, xarici tərəfdaş universitetlərlə icra olunan layihələr, əldə edilmiş nəticələr, qarşıda duran strateji hədəflər və planlaşdırılan fəaliyyətlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. #EATDA #THE #Sammit
ƏtraflıAzərbaycan universitetləri Milanda keçirilən beynəlxalq sammitdə təmsil olunur 5–7 may tarixlərində İtaliyanın Milan şəhərində “Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetlərinin Sammiti”ndə Azərbaycan 5 aparıcı ali təhsil müəssisəsi ilə təmsil olunur. Sammitdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti iştirak edir. Sammit çərçivəsində ali təhsil müəssisələrinin ölkə pavilyonunda nümayiş etdirilən stendlərində iştirakçılara universitetlərin fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və təhsil proqramları barədə ətraflı məlumat təqdim olunur. #EATDA #THE #Sammit
Ətraflı