Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 24 avqust 2022-ci il tarixində Şamaxı şəhərində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.   Qeyd olunan şəhər və rayonların sakinləri 1  – 15 avqust 2022-ci il (saat 18:00-dək) tarixlərində Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.   Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edəcək. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.

Taekvondo üzrə dünya birinciliyindən 3 medal

28-31 iyul 2022-ci il tarixlərində Bolqarıstanın Sofiya şəhərində yeniyetmə taekvondoçular arasında dünya birinciliyi keçirilib.  77 ölkədən 670-dən çox idmançının qatıldığı birincilikdə Azərbaycan yığma komandası 17 nəfər idmançı ilə mübarizə aparıb. Azərbaycan yığma komandasının tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Bahadur Dostəliyev (49 kq), Yunis Hüseynov (61 kq) və Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Fuad Məhərrəmli (45 kq)  dünya birinciliyində III yeri tutaraq bürünc medal qazanıblar. Qeyd edək ki, 2-7 avqust 2022-ci il tarixlərində həmin şəhərdə keçiriləcək gənclər arasında dünya birinciliyində ölkəmizi təmsil edəcək komandanın üzvlərindən 5 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarıdır.  

Beynəlxalq qiymətləndirmə düşərgəsinə yekun vurulub

Təhsil İnstitutu və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq qiymətləndirmə düşərgəsinə yekun vurulub.   3 gün davam edən düşərgənin təşkilində əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmə tədqiqatlarının vacibliyini vurğulamaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdən ibarət olub.   Düşərgədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan 35 müəllim iştirak edib. Düşərgə iştirakçıları müxtəlif araşdırma və müzakirələrə cəlb olunmaqla PISA, PIRLS, TIMSS, ICILS və TALIS yönümlü mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olub, eyni zamanda müvafiq səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlayıb və konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə ediblər.   Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.  

Dünya çempionatından 6 medal

25-31 iyul 2022-ci il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində sərbəst və Yunan-Roma güləşi üzrə (U-17) dünya çempionatı keçirilib.  Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Hüseyn Savadov (45 kq), Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səid Xəlilov (48 kq) və Beyləqan rayon uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Vədat Qasımlı (51 kq) bürünc medal qazanıb. Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının tərkibində yarışda mübarizə aparan “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Vasif Bağırov (48 kq) qızıl, həmin məktəbin idmançısı Bəşir Verdiyev (45 kq) gümüş, 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Elman Ağayev (51 kq) bürünc medal qazanıb. Qalib idmançıları təbrik edir, uğurlar arzulayırıq!  

Ölkə üzrə növbəyə yazılma prosesinə start verilir

Avqustun 2-də saat 11:00-dan etibarən ölkənin bütün şəhər və rayonları üçün valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə start veriləcək.   Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində müraciət edilən məktəbəqədər təhsil müəssisəsində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.   Qeyd edək ki, 18 iyul saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilib. Uşaqların qəbulu məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə həyata keçirilir. İyulun 22-si saat 11:00-dan etibarən ilk olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), daha sonra 26 iyul saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə start verilib.   Elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında

İyulun 29-da elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində qonaq olub.    Verilişdə nazir Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlərə aydınlıq gətirib.  

27 000-dən çox valideyn elektron kabinet yaradıb

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə 27 257 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 24 748 uşaq isə valideynlər tərəfindən şəxsi kabinetə qəbul edilib. Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə  regionlar üzrə mərhələli formada 22 iyul 2022-ci il tarixindən start verilib.  İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar  üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) növbəyə yazılanlar  2 302 nəfər, iyulun 26-dan Bakı şəhəri üzrə növbəyə yazılanlar isə 10 258 nəfər olmaqla ümumilikdə 12 560 nəfəri əhatə edir.    

Test imtahanı mərhələsinin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. 14-22 iyul 2022-ci il tarixlərində keçirilən test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.   Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub.   Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

10 957 nəfər elektron qaydada müraciət edib

Ali təhsilin magistratura səviyyəsinə ümumilikdə 10 957 nəfər portal.edu.az vasitəsilə elektron qaydada müraciət edib, 10 832 nəfər isə qəbul olduqları ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.   Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsi üzrə  elektron qaydada  sənəd qəbulu 26 iyul  2022-ci il tarixində başa çatıb.    Ali təhsil müəssisələrinə elektron qeydiyyat prosesilə tələbələr təhsil haqlarını nağdsız formada portal.edu.az, gpp.az, "eManat" ödəniş terminalları, həmçinin poçtlar, banklar və bankların mobil tətbiqləri vasitəsilə ödəyə bilərlər. Dövlət sifarişi ilə qəbul olan tələbələr əgər valideyn himayəsindən məhrum və ya onlar arasından olanlardırsa, müəyyən edilmiş təqaüdün minimum iki misilindən az olmayaraq təqaüdün alınması, ödənişli əsaslarla qəbul olanlar isə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün müraciət imkanına malikdirlər.   Eyni zamanda Təhsil Tələbə Krediti üçün müraciət etmək istəyən şəxslər portal.edu.az-dan qeydiyyatdan keçərkən hansı növ təhsil krediti almaq istədiyi barədə təhsil müəssisəsini məlumatlandıra bilərlər.

Olimpiya Mədəniyyəti və Təhsili Proqramı çərçivəsində Azərbaycan guşəsinin rəsmi açılışı

Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı günlərində Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OSEP) çərçivəsində Azərbaycan guşəsinin rəsmi açılışı olub.
 
Festival tarixində ikinci dəfə olaraq təşkil olunan  və 28 ölkənin iştirak etdiyi OCEP pavilyonunda Azərbaycanı Slovakiyanın 2 qardaşlaşmış məktəbi və Bakının Y. Kovalyov adına 229 nömrəli tam orta məktəbinin şagirdləri təmsil edib.   Açılış mərasimində Mİlli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Liney Rut Halldorssdottır, Slovakiya Olimpiya Komitəsinin prezidenti Siekel Anton, Polşa Olimpiya Komitəsinin prezidenti Andrzej Krasnicki, Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycanın Avstriya Respublikasındakı səfirliyinin nümayəndələri, idmançılar və başqa rəsmilər iştirak edib.   Mərasimdə OCEP proqramının Azərbaycanın təşəbbüsü ilə Bakıda təşkil edilmiş XV Avropa Gənclər Yay Olimpiya Festivalından start götürərək Slovakiyada davam etdirilməsinin Olimpiya hərəkatının gənclər arasında təşviq olunmasında əhəmiyyətli rolu xüsusi vurğulanıb. Qeyd olunub  ki, bu təşəbbüs gələcəkdə təşkil olunacaq Festivallarda da tətbiq ediləcək.   Azərbaycanın Slovakiya Olimpiya Komitəsinə və Avropa Olimpiya Komitəsinə OCEP-in xalçaları təqdim olunduqdan sonra qardaşlaşmış Slovakiya və Azərbaycan məktəblərinin şagirdləri qonaqlar qarşısında milli rəqsləri ilə çıxış edib.    Daha sonra qonaqlar pavilyonda quraşdırılmış Azərbaycanın və digər ölkələrin guşələrini ziyarət edərək məktəblilərin təmsil etdikləri ölkələrin mədəniyyəti, tarixi, idmanı, mətbəxi və sair sahələr üzrə təqdimat və viktorinalarını seyr ediblər.    İyulun 31-ə qədər Banska Bıstritsada olacaq OCEP məktəbliləri “EYOF 2022” “Sports” Parkına, ərazidəki idman obyektlərinə səfər edərək idman yarışlarına baxmaq imkanı da qazanacaqlar. Avropa Gənclər Olimpiya Səfirlərinin təhsil proqramına qatılan məktəblilər Azərbaycanı təmsil etməklə yanaşı, digər  ölkələrin sərgi stendlərində də iştirak edəcəklər.     Qeyd edək ki, Olimpiya Mədəniyyəti və Təhsili Proqramına (OCEP)  Bakı-  2019 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində start verilib. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu və Avropa Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə Ülm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilr. 2021-2022-ci illər ərzində OCEP-in coğrafiyası genişlənərək təmsil olunan ölkələrin sayı 56-a çatdırılıb. Bu müddət ərzində Azərbaycandan olan qardaşlaşmış məktəblərin təşkil etdiyi tədbir və fəaliyyətlər 200 minə yaxın məktəblini əhatə edib.

16/06/2026

Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu

Ətraflı
15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı