Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dünya çempionatından 6 medal

25-31 iyul 2022-ci il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində sərbəst və Yunan-Roma güləşi üzrə (U-17) dünya çempionatı keçirilib. 


Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Hüseyn Savadov (45 kq), Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səid Xəlilov (48 kq) və Beyləqan rayon uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Vədat Qasımlı (51 kq) bürünc medal qazanıb.


Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının tərkibində yarışda mübarizə aparan “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Vasif Bağırov (48 kq) qızıl, həmin məktəbin idmançısı Bəşir Verdiyev (45 kq) gümüş, 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Elman Ağayev (51 kq) bürünc medal qazanıb.


Qalib idmançıları təbrik edir, uğurlar arzulayırıq!
 


3 il əvvəl