Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

10 957 nəfər elektron qaydada müraciət edib

Ali təhsilin magistratura səviyyəsinə ümumilikdə 10 957 nəfər portal.edu.az vasitəsilə elektron qaydada müraciət edib, 10 832 nəfər isə qəbul olduqları ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.

 

Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsi üzrə  elektron qaydada  sənəd qəbulu 26 iyul  2022-ci il tarixində başa çatıb. 

 

Ali təhsil müəssisələrinə elektron qeydiyyat prosesilə tələbələr təhsil haqlarını nağdsız formada portal.edu.az, gpp.az, "eManat" ödəniş terminalları, həmçinin poçtlar, banklar və bankların mobil tətbiqləri vasitəsilə ödəyə bilərlər. Dövlət sifarişi ilə qəbul olan tələbələr əgər valideyn himayəsindən məhrum və ya onlar arasından olanlardırsa, müəyyən edilmiş təqaüdün minimum iki misilindən az olmayaraq təqaüdün alınması, ödənişli əsaslarla qəbul olanlar isə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün müraciət imkanına malikdirlər.

 

Eyni zamanda Təhsil Tələbə Krediti üçün müraciət etmək istəyən şəxslər portal.edu.az-dan qeydiyyatdan keçərkən hansı növ təhsil krediti almaq istədiyi barədə təhsil müəssisəsini məlumatlandıra bilərlər.


3 il əvvəl