Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbəhazırlıq qruplarına qəbul prosesi davam edir

2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesi davam edir.   Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.   Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

Müsahibə mərhələsi ilə bağlı namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat artıq göndərilib.   Namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu davam edir

2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi davam edir. Uşaqların qəbulu elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə həyata keçirilir.   Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində müraciət edilən məktəbəqədər təhsil müəssisəsində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.   Qeyd edək ki, elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilir

Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə  müsahibə mərhələsinə start veriləcək.    Müsahibələr Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov, 6/10) təşkil olunacaq.    Fənlər üzrə müsahibə tarixləri aşağıda qeyd edilib: - 18.08.2022- biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi;  - 19.08.2022- informatika, fransız dili (Azərbaycan və rus bölməsi), biologiya, Azərbaycan dili və ədəbiyyat, tarix, texnologiya, təsviri incəsənət, musiqi;  - 20.08.2022 - texnologiya, rus dili, musiqi (Azərbaycan və rus bölməsi), tarix, riyaziyyat, təsviri incəsənət, informatika; - 22.08.2022 - texnologiya, rus dili, tarix (rus bölməsi), coğrafiya, riyaziyyat, təsviri incəsənət, musiqi;  - 23.08.2022 - texnologiya, rus dili və ədəbiyyatı, təsviri incəsənət (rus bölməsi), coğrafiya (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə (Azərbaycan və rus bölməsi), kimya (rus bölməsi), riyaziyyat (rus bölməsi), ingilis dili, musiqi;  - 24.08.2022 - fizika, Azərbaycan dili, rus dili və ədəbiyyatı, texnologiya (rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə, ibtidai sinif, kimya, musiqi;  - 25.08.2022 - fizika (Azərbaycan və rus bölməsi), ibtidai sinif (Azərbaycan və rus bölməsi), Azərbaycan dili, alman dili (Azərbaycan və rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), kimya, fiziki tərbiyə.  Qeyd edək ki, müsahibə ilə bağlı məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.   Müsahibə mərhələsində iştirak edən namizədlərə uğurlar arzulayırıq!

Xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi yekunlaşır

Avqustun 12-də internat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başa çatır. Vakansiya seçimi bu gün saat 17:00-da yekunlaşacaq.   Vakansiya seçimində iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər: https://bit.ly/3PaoWRX   Qeyd edək ki, təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəldə təqdim olunur.

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun son günü

Avqustun 12-də 2022-2023-cü tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu yekunlaşacaq. Peşə təhsili almaq istəyən şəxslər bu gün saat 17:00-dək portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət edə bilərlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil  bazasını bitirən şəxslər üçün açıqdır.   Müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.   Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin, SMS vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.    Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 127 ixtisas olmaqla 23 340 yer üzrə aparılır.

Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq üçün məktəb seçimi

Avqustun 11-də tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi prosesinə başlanılır. Valideynlər məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirə bilərlər.   Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Avqust 11-də saat 11:00-da şagird sayı 500 nəfərdən çox olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilir. Proses Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Direktor vəzifəsində çalışmaq istəyən şəxslər 16 avqust saat 11:00-dək www.miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.   “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarət olaraq keçiriləcək. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse  mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılacaqlar.   Qeyd edək ki, 2021-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqədə keçid balı toplamış və müsahibə mərhələsinə dəvət olunmamış şəxslər birbaşa esse mərhələsində iştirak etmək imkanı qazanacaqlar. Həmin şəxslər yenidən test imtahanı mərhələsində iştirak etdikləri halda ötənilki müsabiqə nəticəsi qüvvədən düşəcək.

Xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir

İnternat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılır.   Təhsil müəssisələri üzrə mövcud vakansiyalar namizədlərə aşağıdakı cədvəldə təqdim olunur.   Vakansiya seçimində iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:  https://bit.ly/3PaoWRX   Vakansiya seçimi 12 avqust saat 17:00-dək davam edəcək.

Dövlət Proqramı çərçivəsində xaricdə magistratura təhsili üçün sənəd qəbulu

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinin olduğu nəzərə alınaraq yenidən sənəd qəbulu elan edilib.    Sənəd qəbulu prosesi 10-25 avqust 2022-ci il tarixlərində həyata keçirilir.    Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.   Qeyd edək ki, Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib. Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.   

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı