• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Kibertəhlükəsizlik üzrə milli yarışın qalibləri mükafatlandırılıb

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün keçirilən kibertəhlükəsizlik üzrə milli yarışın qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.


Təbdirdə təhsil nazirinin müavini İdris İsayev iştirak edib. Nazir müavini çıxışında kibertəhlükəsizliyin əhəmiyyəti haqqında söz açıb, bu sahənin xüsusi diqqət mərkəzində olduğunu bildirib.


Daha sonra yarışın qalibləri - Sənan Nəcəfov, Vüsalə Ələkbərova, Xalid İsmayıllı, Məhəmmədcan Məhəmmədcanov, İsgəndər İsgəndərov və Mikayıl Mustafayev təltif edilib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulanıb.


Qeyd edək ki, qalib iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq “WorldSkills Shanghai 2022” beynəlxalq yarışın hazırlıq prosesinə cəlb olunacaqlar. Hazırlıq prosesinin sonunda iki iştirakçı cari  ilin 12-17 oktyabr tarixlərində “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil edəcək.


Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.


“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.
 


3 il əvvəl