Tələbələrin "Qış düşərgəsi" davam edir
Təhsil İnstitutunun təşkilatçılığı ilə Quba rayonunda keçirilən tələbələrin qış düşərgəsi davam edir.
Düşərgənin V günündə tələbələrin Quba rayonunda yerləşən Quba Soyqrımı Memorial Kompleksinə ziyarəti baş tutub.
Daha sonra tələbələr Quba rayonunda yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü liseyə yollanıblar. Tələbələr həmçinin Quba STEAM mərkəzində yerləşən müasir avadanlıqlar və şagirdlər tərəfindən hazırlanan texnologiyalarla tanış olub.
Gün ərzində maraqlı və intellektual oyunlar da təşkil olunub.
Qeyd edək ki, "Qış düşərgəsi" 13 fevral 2022-ci il tarixinədək davam edəcək.
Düşərgənin keçirilməsində məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və qış tətili dövründə tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.
4 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
