Fənn olimpiadalarının yarımfinal turunun keçiriləcəyi tarix açıqlanıb
Fevralın 27-də cari tədris ili üçün fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.
Yarımfinal turu Bakı şəhərində 5, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 24 mərkəz olmaqla, ümumilikdə 30 mərkəzdə təşkil ediləcək.
Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçiriləcək.
Yarımfinal turunda iştirak etmək üçün şagirdlər 14-18 fevral tarixlərində https://portal.edu.az/ platforması üzərindən buraxılış vərəqəsini yükləyə və çap edə bilərlər. Buraxılış vərəqəsini əldə etməkdə çətinlik yaşanarsa, şagird təhsil aldığı ümumi təhsil müəssisəsi və ya yerli təhsili idarəetmə orqanına müraciət edə bilər.
İnformatika fənni üzrə yarımfinal turunda iştirak edəcək şagirdlər isə 21 fevral tarixindən buraxılış vərəqəsini əldə edə biləcəklər. Sözügedən fənn üzrə imtahan martın 8-də keçiriləcək.
Qeyd edək ki, fənn olmpiadaları Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı, "Kapital Bank" ilə əməkdaşlıq əsasında həyata keçirilir.
2 il əvvəl
Digər xəbərlər
-
“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib
02.11.2024 - 12:00 -
“Məktəblərdə ekologiya ayı” layihəsi yekunlaşıb
01.11.2024 - 17:48 -
Azərbaycan “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də təmsil olunub
01.11.2024 - 17:29 -
Vətəndaş müraciətlərinin statistikası
01.11.2024 - 16:18 -
Elm və təhsil naziri UNESCO-nun Qlobal Təhsil Görüşündə çıxış edib
01.11.2024 - 14:21