• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Muzeylər və Qarabağın mədəniyyət incisi Şuşa” adlı interaktiv muzey həftəsi layihəsi həyata keçirilib

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Muzeylər və Qarabağın mədəniyyət incisi Şuşa” adlı interaktiv muzey həftəsi layihəsi həyata keçirilib. 


Layihə çərçivəsində turizm profilli dərnək üzvlərinin Azərbaycan Milli İncəsənət Muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Bülbülün ev-muzeyinə və Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiyası təşkil olunub. 


Ekskursiyalarda ümumilikdə 571 şagirdin ekskursiyası təmin olunub.


Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilərə muzeylərdə Şuşa irsinə aid olan eksponatlar, həmçinin Azərbaycan mədəniyyətinin inciləri, memarlıq salnamələri və zəngin mədəni irsi haqqında məlumat vermək, onların asudə vaxtlarını səmərəli təşkil etmək, dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq və muzeylərin kolleksiya fondu ilə tanış etməkdən ibarətdir. 
 


3 il əvvəl