• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Azərbaycan çempionatında uğurlu nəticə əldə edib

Bakıda stolüstü-tennis üzrə Azərbaycan çempionatı keçirilib.


Çempionatda Sumqayıt şəhərini təmsil edən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi yüksək nəticə əldə edib. Belə ki, məktəbin idmançıları qadınlar arasında komanda yarışında I, II və III, qadınların qoşa yarışında I, II, qoşa qarışıq yarışda 1 nəfər I, 1 nəfər II, şəxsi yarışda 1 nəfər I, 1 nəfər III və kişilər arasında komanda yarışında 4 nəfər III yeri tutub. 


Eyni zamanda Bakı şəhərini təmsil edən komandaların tərkibində 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələrindən 2 nəfər kişilər arasında komanda yarışında I, 2 nəfər II, 4 nəfər III, şəxsi yarışlarda 1 nəfər I, 1 nəfər II, qoşa yarışlarda 1 nəfər I, 4 nəfər III, qarışıq qoşa yarışlarda 2 nəfər III, yarışda iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələrindən 1 nəfər qadınlar arasında komanda yarışında III yeri tutub.
 


3 il əvvəl