• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ümumi təhsil müəssisələrində idman həftəsi

28 fevral – 4 mart 2022-ci il tarixlərində “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçiriləcək.  Məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.  Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, görüşlər, müsabiqələr, yarışlar, şagirdlərin mükafatlandırması və digər tədbirlər təşkil ediləcək.   Qeyd edək ki, layihə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.  

Daimiləşmə müsabiqəsinə qeydiyyat sabah başlayır

 1 mart tarixindən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə start veriləcək.  Daimiləşmə müsabiqəsində cari tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsil almış, 31 yanvar 2022-ci ilədək müvafiq vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak üçün elektron sənəd qəbulu 1-7 mart tarixlərində həyata keçiriləcək. Namizədlər 1 mart saat 00:00-dan etibarən www.miq.edu.az/muqavile saytına daxil olaraq daimiləşmə müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 7 mart saat 23:59-dur.  Qeyd edək ki, cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi formatda həyata keçiriləcək. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra müsahibənin keçiriləcəyi tarix, saat və məkan barədə məlumat şəxsi səhifələrə göndəriləcək. Eyni zamanda mövcud qaydalara görə, daimiləşmə müsabiqəsində uğur qazanan şəxslərin üç tədris ili ərzində keçiriləcək müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində iştirakı təmin olunmayacaq. Əlavə olaraq, namizədlər www.miq.edu.az/muqavile saytında “Sual-cavab” bölməsinə daxil olaraq müsabiqə ilə bağlı ətraflı məlumat əldə edə bilərlər:  Sual-cavab: https://miq.edu.az/muqavile/faq-online  Müsabiqədə iştirak edəcək müəllimlərə uğurlar arzulayırıq!

Fənn olimpiadalarının yarımfinal turu keçirilib

Fevralın 27-də cari tədris ili üçün fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.  Yarımfinal turu 7 fənn üzrə Bakı şəhərində 6, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 18 mərkəz olmaqla ümumilikdə 25 mərkəzdə təşkil edilib. Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib. Respublika mərhələsinin yarımfinal turunun nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytlarında və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələrində martın 4-dən etibarən elan olunacaq. Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.  

VI qrant müsabiqəsinə layihələrin qəbulu davam edir

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu davam edir. Proses 31 mart 2022-ci il tarixinədək www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək. Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz. Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin elanı Qeyd edək ki, layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.   

İslam İnkişaf Bankından təqaüd proqramı

İslam İnkişaf Bankı tərəfindən 2022-2023-cü tədris ili üçün elan edilən təqaüd proqramına müraciətlərin qəbulu davam edir.  Müxtəlif təhsil səviyyələrini əhatə edən təqaüd proqramına müraciət üçün son tarix 28 fevral 2022-ci il nəzərdə tutulub.  Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.  

"Sabahın alimləri” XI Respublika müsabiqəsinin bağlanış mərasimi

Fevralın 24-də “Sabahın alimləri” XI Respublika müsabiqəsinin onlayn bağlanış mərasimi keçirilib.  Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev təhsil sistemində mövcud müasir metodlardan danışıb. Şagirdlər arasında elmi axtarışlara marağı olan "gənc alimlər"in gələcəkdə də işlərini müvəffəqiyyətlə davam etdirmələrini tövsiyə edən Emin Əmrullayev qalib şagirdləri təbrik edib və onlara uğurlar arzulayıb. Nazir həmçinin layihələrin işlənməsində şagirdlərə dəstək olan alimlər və layihələrin qiymətləndirilməsində iştirak edən münsiflər heyətinə təşəkkürünü ifadə edib.  Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva da təbrik nitqi ilə çıxış ediblər.  Bildirilib ki, cari ildə IX-XI siniflərdə təhsil alan 326 şagird 192 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 58-i fərdi, 134-ü isə kollektiv işlənilmiş layihələr olub.  Müsabiqəyə buraxılan layihələrlə Bakı şəhəri üzrə 48 faiz, Sumqayıt şəhəri üzrə 27 faiz,  Şirvan rayonu üzrə 7 faiz, həmçinin Naxçıvan Muxtar Respublikası və 14 rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib.  Şagirdlər müsabiqəyə riyaziyyat üzrə 21, fizika, astronomiya üzrə 22, kimya üzrə 21, biologiya üzrə 22, tibb və sağlamlıq üzrə 26, ekologiya, ətraf mühitin idarəolunması üzrə 31, kompüter elmləri üzrə 15, mühəndislik üzrə 34 layihə ilə qatılıblar. Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə alimlərdən ibarət Münsiflər heyəti təşkil edilib. Münsiflər heyətinin qərarına əsasən, müxtəlif kateqoriyalara aid I, II və III yerlərə 48 layihə üzrə 84 şagird, o cümlədən I yerə 7 layihə üzrə 12 şagird, II yerə 16 layihə üzrə 30 şagird, III yerə 25 layihə üzrə 42 şagird layiq görülüb.  Qaliblər sırasından İSEF- Mühəndislik Sərgisində respublikamızı təmsil etmək üçün isə 7 layihə (12 şagird) seçilib. Cari ildə İSEF Beynəlxalq Elm və Mühəndislik Sərgisinin 8-13 may tarixlərində ABŞ-ın Corciya ştatının Atlanta şəhərində keçirilməsi nəzərdə tutulub.  "Sabahın alimləri” XI Respublika müsabiqəsinn iştirakçılarına hər il olduğu kimi bu ildə ABŞ-ın müxtəlif beynəlxalq fondlar, assosiasiyalar və cəmiyyətlərinin xüsusi mükafatları verilib. Bu mükafatlar seçilmiş istiqamətlər üzrə 10 layihəyə (12 şagirdə) təqdim olunub.  Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr təqdim ediləcək, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları veriləcək.  Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə təşkil edilir.   

XVIII Beynəlxalq Jautikov Olimpiadasında uğur qazanan məktəblilərimiz

16-17 fevral 2022-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVIII Beynəlxalq Jautikov Olimpiadası (IZhO) keçirilib.   Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 gümüş, 12 bürünc medal olmaqla, ümumilikdə 15 medal qazanıblar.   Qeyd edək ki, məktəblilərimiz 2006-cı ildən bugünədək sözügedən olimpiadada iştirak edərək 4 qızıl, 30 gümüş, 53 bürünc olmaqla ümumilikdə 87 medal qazanıblar.   İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək

Təhsil naziri Emin Əmrullayev 12 mart 2022-ci il tarixində Gəncə şəhərində Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda Gəncə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.   Qeyd olunan şəhər və rayonların sakinləri 24 fevral – 4 mart 2022-ci il tarixlərində (saat 18:00-dək) Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, Nazirliyin saytının əlaqə bölməsi vasitəsilə elektron (https://edu.gov.az/az/contact) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər. Vətəndaşlar qəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır.  

İsveç Krallığında təhsil imkanı

İsveç Krallığı tərəfindən 2022-2023-cü tədris ili üçün elan edilən təqaüd proqramına müraciətlərin qəbulu davam edir. Müraciət üçün son tarix 28 fevral 2022-ci il nəzərdə tutulub.  “İsveç İnstitutu Qlobal Peşəkarlar” adlı təqaüd proqramı müxtəlif ixtisaslar üzrə istedadlı gənclərin İsveç Krallığında magistratura səviyyəsində təhsili məqsədini daşıyır.  Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.   

Daimiləşmə müsabiqəsinə başlanılır

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə start verilir.  Müsabiqədə iştirak üçün elektron sənəd qəbulu 1-7 mart tarixlərində həyata keçiriləcək. Namizədlər 1 mart saat 00:00-dan etibarən www.miq.edu.az/muqavile saytına daxil olaraq daimiləşmə müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 7 mart saat 23:59-dur.  Qeyd edək ki, cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi formatda həyata keçiriləcək. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra müsahibənin keçiriləcəyi tarix, saat və məkan barədə məlumat şəxsi səhifələrə göndəriləcək. Daimiləşmə müsabiqəsində cari tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsil almış, 31 yanvar 2022-ci ilədək müvafiq vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak edə bilərlər. Eyni zamanda mövcud qaydalara görə, daimiləşmə müsabiqəsində uğur qazanan şəxslərin üç tədris ili ərzində keçiriləcək müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində iştirakı təmin olunmayacaq. Əlavə olaraq, namizədlər www.miq.edu.az/muqavile saytında “Sual-cavab” bölməsinə daxil olaraq müsabiqə ilə bağlı ətraflı məlumat əldə edə bilərlər:  Sual-cavab: https://miq.edu.az/muqavile/faq-online  Müsabiqədə iştirak edəcək müəllimlərə uğurlar arzulayırıq!

22/05/2025

Böyük Britaniyanın London şəhərində elm və təhsil naziri Emin Əmrullayevin “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin təsisçisi və prezidenti Nunzio Quacquarellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22094-1 #ETN #EATDA #QS #AliTəhsil

Ətraflı
22/05/2025

21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Bakalavriat (IB) təşkilatının Baş direktoru Olli-Pekka Heinonen ilə ikitərəfli görüş keçirib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22093-1

Ətraflı
22/05/2025

Təhsil ocaqlarında şagirdlərin vətən sevgisi #ElmVəTəhsilNazirliyi #ZəfərTarixi #Şagird

Ətraflı