Fənn olimpiadalarının yarımfinal turu keçirilib
Fevralın 27-də cari tədris ili üçün fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.
Yarımfinal turu 7 fənn üzrə Bakı şəhərində 6, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 18 mərkəz olmaqla ümumilikdə 25 mərkəzdə təşkil edilib.
Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib.
Respublika mərhələsinin yarımfinal turunun nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytlarında və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələrində martın 4-dən etibarən elan olunacaq.
Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşüb
22.05.2025 - 20:00 -
Nazir müavini "Gələcək təhsil liderləri" müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib
22.05.2025 - 17:00 -
“Quacquarelli Symonds” qlobal reytinq agentliyinin rəhbərliyi ilə görüş keçirilib
22.05.2025 - 12:40 -
Elm və təhsil naziri Beynəlxalq Bakalavriat (IB) təşkilatının baş direktoru ilə görüşüb
22.05.2025 - 11:14 -
Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün bağlanış mərasimi keçirilib
21.05.2025 - 17:51