• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İsveç Krallığında təhsil imkanı

İsveç Krallığı tərəfindən 2022-2023-cü tədris ili üçün elan edilən təqaüd proqramına müraciətlərin qəbulu davam edir. Müraciət üçün son tarix 28 fevral 2022-ci il nəzərdə tutulub. 


“İsveç İnstitutu Qlobal Peşəkarlar” adlı təqaüd proqramı müxtəlif ixtisaslar üzrə istedadlı gənclərin İsveç Krallığında magistratura səviyyəsində təhsili məqsədini daşıyır. 


Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz. 
 


3 il əvvəl