ADPU-nun müəllim və tələbələrinə IELTS sertifikatları təqdim olunub
Yanvarın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsilin İnkişafı Fondu (TİF), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Britaniya Şurası ilə tərəfdaşlıq əsasında təşkil olunan IELTS imtahanlarında iştirak edən universitetin bir sıra müəllim və tələbələrinə sertifikatların təqdimatı mərasimi keçirilib.
Mərasimdə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov IELTS imtahanının rəhbərlik etdiyi universitetlə TKTA və TİF arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında insan kapitalının formalaşdırılmasının gücləndirilməsi və istedadlı tələbələrin ingilis dilini mənimsəməsi məqsədilə təşkil edildiyini qeyd edib. Bildirilib ki, cari il ərzində daha çox tələbənin bu imtahanlara cəlb olunması nəzərdə tutulur.
Daha sonra TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov, TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova və Britaniya Şurasının Cənubi Qafqaz üzrə imtahan meneceri Nərgiz Əkbərova çıxış ediblər. Çıxışçılar bildiriblər ki, bu imtahanların təşkilində məqsəd universitetlərdə beynəlxalq dil sertifikatlarının təşviqi, gələcəkdə tədris prosesində IELTS sertifikatı kimi akkreditasiya olunmuş beynəlxalq dil sertifikatına malik tələbələrin müvafiq proqramların tədrisindən azad edilmələrini stimullaşdırmaqdır.
Daha sonra imtahanda iştirak edən 9 müəllim və 10 tələbəyə müvafiq sertifikatlar təqdim olunub.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
