Macarıstanda təhsil üçün seçilmiş namizədlərlə müsahibələr
Yanvarın 23-dən Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2023-2024-cü tədris ili üzrə Macarıstanda təhsil almaq üçün seçilmiş namizədlərlə müsahibələrə başlanılıb.
Müsahibələr müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri və həmin sahələrin ekspertləri tərəfindən onlayn aparılır.
Qeyd edək ki, Macarıstanda təhsil üzrə ümumi müraciət sayının (748) çox, namizədlər arasında rəqabətliliyin yüksək olması və vaxt məhdudiyyəti səbəbindən hər bir namizəd üçün yalnız bir dəfə müsahibə tarixi müəyyən edilir. Əvvəlcədən Elm və Təhsil Nazirliyini məlumatlandırmadan müsahibədə iştirak etməyən namizədlərə əlavə şərait yaradılması imkan xaricindədir.
Müvafiq elan mətnində də qeyd edildiyi kimi, müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə yalnız elektron poçt ünvanı/şəxsi kabinet vasitəsilə bildiriləcək.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
