TALIS-in sınaq mərhələsinə başlanılıb
3 il əvvəl
Öyrətmə və öyrənmə üzrə beynəlxalq sorğunun –TALIS 2024 – sınaq mərhələsinin təşkilinə başlanılıb. Tədqiqata hazırlıq Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən həyata keçirilir.
TALIS 2024-ün pilot mərhələsi 2022-ci ildə baş tutub. 2023-cü ilin fevral-mart ayları ərzində isə tədqiqatın sınaq mərhələsi keçiriləcək. Bununla əlaqədar olaraq, ADPU-nun Strateji İnkişaf Mərkəzi tərəfindən tədqiqatla bağlı maarifləndirici, təlimat xarakterli seminarların keçirilməsinə start verilib. Bu məqsədlə ilk görüş paytaxt və regionlardan tədqiqatda iştirak edəcək ümumi təhsil müəssisələrinin direktorları ilə onlayn şəkildə təşkil edilib.
Seminarda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmizin ilk dəfə iştirak etdiyi diqqətə çatdırılıb. Həmçinin sorğularda həm müəllimlərin, həm də direktorların hansı mövzular və prioritetlər ətrafında suallara cavab verəcəkləri müzakirə edilib.
Qeyd edək ki, 1500 nəfərə yaxın müəllimin iştirak edəcəyi TALIS seminarları 2023-cü il fevral ayının 14-nə kimi davam edəcək.
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
