Proqramlaşdırma müsabiqəsində məktəblilərimizin uğuru
1-9 fevral tarixlərində Rumıniyada məktəblilərin onlayn formatda VII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi keçirilib. 12 ölkədən 197 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 1 gümüş və 2 bürünc medal qazanıblar.
Belə ki, “Ankara məktəbi” məktəb-liseyinin 9-cu sinif şagirdi Əli Əliyev gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Raul Cəfərli və Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Nəsir Bəşirov isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlifmiqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 2 qızıl, 13 gümüş və 36 bürünc olmaqla ümumilikdə 51 medal əldə ediblər.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
