Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı qızlar dünyanın ən yaxşı universitetinə qəbul olub

Azərbaycanlı şagirdlər Fidan Qarayeva və Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul alıb.     Qeyd edək ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva riyaziyyat fənni üzrə dəfələrlə respublika və beynəlxalq olimpiadalar qalibi olub. Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi olan Dəniz Səttarlı da kimya fənni üzrə dəfələrlə respublika və beynəlxalq olimpiadalarında qələbə qazanıb.    Şagirdlərimizi təbrik edir və onlara uğurlar arzulayırıq.

Novruz bayramı ilə bağlı tətil günləri

Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” müvafiq qərarına əsasən beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 17 mart, bayramdan sonra ilk iş günü 27 martdır.   Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 18 mart, bayramdan sonra ilk iş günü 25 mart tarixləridir.   Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qazaxıstanda təhsil imkanı

Qazaxıstan Elm və Ali Təhsil Nazirliyi 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələri üzrə təhsil almaq imkanı yaradır.   Təqaüd proqramına müraciət üçün son tarix 30 aprel 2023-cü il nəzərdə tutulub.   Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

"Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmə

Martın 13-də Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı Elm və Təhsil Nazirliyi ilə birgə ictimai dinləmə keçirilib.      İctimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri iştirak ediblər.      Dinləmədə açılış nitqi ilə çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı 570 təklif daxil olub. Sədrin sözlərinə görə, təkliflər müzakirə edilib və 301 təklif qanun layihəsində nəzərə alınıb. Qanun layihəsi 12 fəsil 55 maddədən ibarətdir. Komitə sədri əlavə edib ki, doktorantura təhsilinə köklü şəkildə qanun layihəsində yer verilib.    Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsündən danışıb. Nazir bildirib ki, bu gün orta ixtisas təhsili müəssisələri əmək bazarı tərəfindən tam anlaşılmır. Ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsini doğru istiqamət kimi qiymətləndirən nazir əlavə edib ki, ilk məsələ fakültələrin muxtariyyətidir.    Daha sonra çıxış edən ali təhsil müəssisələrinin rəhbərləri reytinqlərdə irəliləmə yollarından danışıblar.      Dinləmədə ali təhsil müəssisələrində rəqabətlilik, qəbul qaydaları, keyfiyyətli ali təhsil, doktorantura təhsilinin müasirləşdirilməsi və digər məsələlərə də toxunulub.

ADNSU-da "Code For Future" layihəsinin məzun günü

Martın 13-də "Code For Future" layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün məzun günü təşkil olunub.     Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, "Alqoritmika" beynəlxalq təhsil şirkətinin baş direktoru Andrey Lobanov, ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak ediblər.     Elm və təhsil naziri Emin Əmrullayev “Code For Future” layihəsinin İT bazarının inkişafında əhəmiyyətini vurğulayıb. Layihənin gənclər arasında böyük maraq doğurduğunu diqqətə çatdıran nazir əlavə edib ki, gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.    ADNSU-nun rektoru Mustafa Babanlı öz növbəsində bildirib ki, bu gün 593 tələbə layihəni uğurla başa vurur.      "Alqoritmika" beynəlxalq təhsil şirkətinin baş direktoru Andrey Lobanov qeyd edib ki, İT bacarıqları gələcəyini seçmək üçün böyük imkandır və rəqəmsal bacarıqları inkişaf etdirməklə istənilən peşədə çalışmaq mümkündür.    Tədbir çərçivəsində layihə rəhbəri Nəzrin Əliyeva təqdimatla çıxış edib.     Daha sonra ADNSU-nun “Code For Future” layihəsindən məzun olan tələbələri buraxılış işlərini təqdim ediblər.    Sonda ən yaxşı nəticə toplayan 12 tələbə mükafatlandırılıb.     Qeyd edək ki, "Code For Future" layihəsinin məqsədi veb-tərtibatçılıq, sistem inzibatçılığı, QA – mühəndis proqramı üzrə tələbələrin “junior” səviyyədə mütəxəssis kimi yetişdirilməsidir. Təltiflər

“Coursera”nın baş icraçı direktoru “Yeni çağırışlar”da

16 mart saat 19:00-da “Yeni çağırışlar” müzakirə proqramında “Coursera” beynəlxalq onlayn təhsil platformasının baş icraçı direktoru Cef Maajioncalda qonaq olacaq.     Cef Maajioncalda ilə “Rəqəmsal dünyada öyrənmək” barəsində danışılacaq.     “Coursera” hər kəsə istənilən yerdə aparıcı universitet və şirkətlərin onlayn kurslarına qoşulmaq imkanı yaradan beynəlxalq təhsil platformasıdır.   115 milyondan çox istifadəçisi olan platformada 5400-dən artıq kurs mövcudur. “Coursera” 300-dən çox aparıcı universitet və şirkətlə tərəfdaşlıq edir.     Qeyd edək ki, proqram  Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

VII qrant müsabiqəsinə layihələrin qəbulu davam edir

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihələrin qəbulu davam edir.    Layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək.    Dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqədə iştirak edə bilərlər.     Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

Ağalıda "Novruz mühazirəsi"

Martın 10-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonu Ağalı kəndində "Novruz mühazirəsi" keçirilib.    "Novruz mühazirəsi"ndə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, professor Ədalət Tahirzadə, əməkdar müəllim Asif Cahangirov, Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, yazıçılar Elçin Hüseynbəyli, Şərif Ağayar, Aqşin Yenisey və media nümayəndələri iştirak ediblər.   “Novruz mühazirəsi"nin moderatoru yazıçı Elçin Hüseynbəyli Ağalı kəndində belə bir tədbirin keçirilməsinin önəmini vurğulayıb, iştirakçıları təqdim etdikdən sonra tədbiri açıq elan edib.    Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin "Dəmir yumruğ"u altında birləşən ordumuzun rəşadəti sayəsində qazanılan qələbədən danışıb.    Nazir müavini "Novruz mühazirəsi"nin işğaldan azad olunan Zəngilanda keçirilməsinin tarixi əhəmiyyətini də diqqətə çatdırıb. Firudin Qurbanov "Novruz mühazirələri"nin artıq ənənə halı aldığını və Ağalıda ilk dəfə keçirilən mühazirənin gənc nəsil üçün vətənpərvərlik, milli-mənəvi dəyərlərin aşılanması baxımından faydalı olduğunu  bildirib.    Daha sonra Tarix İnstitutunun direktoru, professor Kərim Şükürov "Qələbədən "Böyük Qayıdış"a" mövzusunda mühazirə ilə çıxış edib. Kərim Şükürov mühazirəsində 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində yeni dövr açdığını qeyd edib.    Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Çıxış edən digər qonaqlar Ağalı kəndinin müasir infrastrukturuna da diqqət çəkiblər.    Tədbirin yekununda Ağalı kənd tam orta məktəbinin kitabxanasına kitablar hədiyyə edilib.   Mühazirədən sonra Ağalı kəndində "Heydər Əliyev – 100" adlı ağacəkmə kampaniyası çərçivəsində ağaclar əkilib.    Yekunda tonqal ətrafında musiqi nömrələri səsləndirilib.

Sertifikatlaşdırma prosesi ilə bağlı maarifləndirici görüşlər davam edir

Təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar Təhsil İnstitutu tərəfindən maarifləndirici görüşlər davam edir.   Növbəti görüş martın 7-də Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə keçirilib.   Görüşdə 300-dən çox müvafiq fənn müəllimi iştirak edib.   Təhsilverənlərin sertifikatlaşdırılması üzrə qiymətləndirmə çərçivəsi müəllimlərə izah edilib və onları maraqlandıran suallara aydınlıq gətirilib.

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi ilə görüş

Martın 9-da elm və təhsil naziri Emin Əmrullayev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi səfir Mixail Şvıdkoy ilə görüşüb.    Görüş zamanı Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

02/06/2026

? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026

Ətraflı
02/06/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Ətraflı
01/06/2026

? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili

Ətraflı