Ağalıda "Novruz mühazirəsi"
Martın 10-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonu Ağalı kəndində "Novruz mühazirəsi" keçirilib.
"Novruz mühazirəsi"ndə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, professor Ədalət Tahirzadə, əməkdar müəllim Asif Cahangirov, Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, yazıçılar Elçin Hüseynbəyli, Şərif Ağayar, Aqşin Yenisey və media nümayəndələri iştirak ediblər.
“Novruz mühazirəsi"nin moderatoru yazıçı Elçin Hüseynbəyli Ağalı kəndində belə bir tədbirin keçirilməsinin önəmini vurğulayıb, iştirakçıları təqdim etdikdən sonra tədbiri açıq elan edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin "Dəmir yumruğ"u altında birləşən ordumuzun rəşadəti sayəsində qazanılan qələbədən danışıb.
Nazir müavini "Novruz mühazirəsi"nin işğaldan azad olunan Zəngilanda keçirilməsinin tarixi əhəmiyyətini də diqqətə çatdırıb. Firudin Qurbanov "Novruz mühazirələri"nin artıq ənənə halı aldığını və Ağalıda ilk dəfə keçirilən mühazirənin gənc nəsil üçün vətənpərvərlik, milli-mənəvi dəyərlərin aşılanması baxımından faydalı olduğunu bildirib.
Daha sonra Tarix İnstitutunun direktoru, professor Kərim Şükürov "Qələbədən "Böyük Qayıdış"a" mövzusunda mühazirə ilə çıxış edib. Kərim Şükürov mühazirəsində 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində yeni dövr açdığını qeyd edib.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Çıxış edən digər qonaqlar Ağalı kəndinin müasir infrastrukturuna da diqqət çəkiblər.
Tədbirin yekununda Ağalı kənd tam orta məktəbinin kitabxanasına kitablar hədiyyə edilib.
Mühazirədən sonra Ağalı kəndində "Heydər Əliyev – 100" adlı ağacəkmə kampaniyası çərçivəsində ağaclar əkilib.
Yekunda tonqal ətrafında musiqi nömrələri səsləndirilib.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tovuzda vətəndaşları qəbul edəcək
12.05.2026 - 12:11 -
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52
