Elm və təhsil naziri Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb
Aprelin 12-də elm və təhsil naziri Emin Əmrullayev Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ann Buayon ilə nəzakət görüşü keçirib. Görüş zamanı Azərbaycan və Fransa arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.1 /
12/04/2023 16:40
Sertifikatlaşdırma prosesinə dair görüşlər
Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair maarifləndirici görüşlər davam etdirilir. Növbəti görüş Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimlərinin iştirakı ilə təşkil olunub. Görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında məlumatlar verilib. Sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib və müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.
12/04/2023 16:24
MINEPS VII konfransına hazırlıqla bağlı ilk iclas keçirilib
Aprelin 12-də bədən tərbiyəsi və idman üzrə nazir, həmçinin yüksək vəzifəli şəxslərin VII beynəlxalq konfransına (MINEPS VII) hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib. Ötən ay Parisdə UNESCO-nun qərargahında 100-dək ölkənin iştirakı ilə ilk təqdimatın baş tutduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, hazırlıq işləri ilə bağlı komitə nəzdində işçi qrup fəaliyyət göstərir. İclasda MINEPS VII konfransına hazırlıq işləri barədə təqdimat dinlənilib və Təşkilat Komitəsinin üzvü olan aidiyyəti qurumların təmsilçiləri ilə müzakirələr aparılıb. Bildirilib ki, 150-dən çox ölkənin idman nazirləri səviyyəsində təmsil olunacaq MlNEPS VII konfransı UNESCO-nun idman sahəsi ilə bağlı beynəlxalq tədbiridir. Qeyd edək ki, bədən tərbiyəsi və idman üzrə nazir, həmçinin yüksək vəzifəli şəxslərin VII beynəlxalq konfransı 26-29 iyun tarixlərində Bakıda keçiriləcək.
12/04/2023 15:00
“Rəqəmsal bacarıqlar” təmayül 10-cu siniflərin sayı artırılacaq
2023-2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika təmayüllü 10-cu siniflərin sayının artırılması və 40 məktəbdə həyata keçirilməsi planlaşdırılır. Növbəti tədris ilində “Rəqəmsal bacarıqlar” təmayül 10-cu siniflərdə təhsil almaq istəyən 9-cu sinif şagirdləri üçün qeydiyyat prosesi artıq başlayıb. Qeydiyyat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz: - http://digitalskills.edu.az/ - http://digitalskills.edu.az/ru Qeydiyyat prosesindən sonra 9-cu sinif şagirdləri test imtahanında iştirak etməlidirlər. İlk cəhddən imtahandan keçə bilməyənlər üçün bir aylıq intensiv kurs təşkil olunacaq və onlara yenidən iştirak şansı veriləcək. İmtahandan uğurla keçən şagirdlər təklif olunan məktəblərdən birini seçib yerdəyişmə etdikdən sonra sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim edə bilərlər. Qeyd edək ki, 2021-2022-ci tədris ilindən etibarən layihə çərçivəsində təhsilini İT sahəsi üzrə davam etdirmək istəyən 10-cu siniflər üçün informatika fənnini dərindən tədris edən təmayül siniflər açılıb. 2022-2023-cü tədris ilində Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən 23 məktəbdə bu siniflərdə təhsil alan şagirdlərin sayı 710 nəfərə çatıb.
12/04/2023 14:25
Respublika fənn müsabiqələrinə qeydiyyat başlayıb
Respublika fənn müsabiqələrində iştirak üçün elektron qeydiyyat prosesi başlayıb. Fənn müsabiqələrində iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. Qeydiyyat prosesi 21 aprel 2023-cü il tarixinədək davam edəcək. Qeyd edək ki, müsabiqə 30 aprel 2023-cü il tarixində ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında keçiriləcək. Fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri isə fizika, kimya və biologiya fənləri üzrə iştirak edə bilərlər. Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə bağlı problemin ətraflı təsvirini yazmaqla +994 50 791 46 31 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür.
12/04/2023 10:40
Məktəblilərin xeyriyyə tamaşası
Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdlərinin hazırladığı “Nağıllar aləminə səyahət” adlı xeyriyyə tamaşası nümayiş olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan tamaşa Azərbaycan xalq nağılları və dünya ədəbiyyatı nümunələri əsasında hazırlanıb. Xeyriyyə tamaşasını Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, millət vəkilləri, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, şəhid ailələrinin üzvləri və digər qonaqlar izləyiblər. Humanizm və ümumbəşəri dəyərlərin təbliğ olunduğu tamaşanın məqsədi nağıl qəhrəmanlarının dili ilə dünya uşaqlarının sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyini, dostluğa və sülhə çağırış mesajlarını çatdırmaqdan ibarətdir. Xeyriyyə tamaşasının nümayişindən əvvəl sözügedən təhsil müəssisəsinin ansambl üzvlərinin canlı ifaları dinlənilib, məktəb-liseydə təhsil alan 1 nömrəli uşaq evinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub. Qeyd edək ki, inklüziv sinif şagirdlərinin də iştirak etdiyi tamaşadan əldə olunan vəsait “YAŞAT” Fonduna köçürülüb.
12/04/2023 10:13
Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır
12 aprel saat 12:00-dan etibarən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək. Sənəd qəbulu portal.edu.az üzərindən həyata keçiriləcək. Proses 16 may 2023-cü il saat 23:59-da yekunlaşacaq. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.
12/04/2023 09:55
Lütfi Zadə adına məntiq olimpiadası üçün qeydiyyata start verilir
Aprelin 11-dən Lütfi Zadə adına məntiq olimpiadasında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir. Məntiq olimpiadasında iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. Qeydiyyat prosesi 21 aprel 2023-cü il tarixinədək davam edəcək. Qeyd edək ki, olimpiada 30 aprel 2023-cü il tarixində ümumi təhsil müəssisələrinin V sinif şagirdləri arasında keçiriləcək. Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə bağlı problemin ətraflı təsvirini yazmaqla +994 50 791 46 31 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür.
11/04/2023 16:00
Tacikistanda 2023-2024-cü tədris ili üzrə təhsil təqaüd proqramı
2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün “Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış protokol”a uyğun olaraq təqaüd proqramı elan edilir. Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus və ingilis dilidir. Təqaüd proqramına müraciət üçün son tarix 30 may 2023-cü il nəzərdə tutulub. Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.
11/04/2023 15:18
Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılır
15 aprel saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
11/04/2023 14:40
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026
ƏtraflıAli təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
Ətraflı