Lütfi Zadə adına məntiq olimpiadası üçün qeydiyyata start verilir
Aprelin 11-dən Lütfi Zadə adına məntiq olimpiadasında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir. Məntiq olimpiadasında iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. Qeydiyyat prosesi 21 aprel 2023-cü il tarixinədək davam edəcək.
Qeyd edək ki, olimpiada 30 aprel 2023-cü il tarixində ümumi təhsil müəssisələrinin V sinif şagirdləri arasında keçiriləcək.
Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə bağlı problemin ətraflı təsvirini yazmaqla +994 50 791 46 31 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
