• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elmi-tədqiqat üzrə birgə fəaliyyətin təşkili ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Aprelin 27-də elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. 

 

Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, memorandumun imzalanmasında məqsəd elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin təşkili, mövcud problemlərin və həll yollarının birgə müəyyənləşdirilməsidir. 

 

Emin Əmrullayev qeyd edib ki, ilkin olaraq pilot şəkildə Bakı Dövlət Universiteti və 5 elmi-tədqiqat institutunun birgə fəaliyyətinin təşkili nəzərdə tutulub. Memorandumun beşillik imzalandığını vurğulayan nazir yekunda birgə fəaliyyətin nəticələrinin təhlil ediləcəyini və buna uyğun addımlar atılacağını diqqətə çatdırıb. 

 

Elm və təhsil naziri əlavə edib ki, universitetlərimizin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsi, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsi məqsədlər sırasındadır. 

 

Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova “Memorandumun məqsədi və tərəflər üçün yaradacağı imkanlar” adlı təqdimatla çıxış edib. 

 

Mərasimdə iştirak edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, bu əməkdaşlıq ölkəmizin beynəlxalq arenada layiqli iştirakına imkan yaradacaq.

 

Mərasimdə çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və institut direktorları memorandumun imzalanmasının əhəmiyyətini diqqətə çatdırıblar. 

 

Sonda Bakı Dövlət Universiteti və 5 elmi-tədqiqat institutu arasında memorandum imzalanıb.


Anlaşma Memorandumunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Fizika İnstitutunun baş direktoru Arif Həşimov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev imzalayıblar.

 

Qeyd edək ki, iştirakçılar tədbirin təşkil edildiyi STEAM İnnovasiya Mərkəzində yaradılmış şəraitlə də tanış olublar.


27.04.2023 - 18:00