Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və Təhsil Nazirliyinin məlumatı!

2022-2023-cü illər ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirildiyi və nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görüldüyü barədə ictimaiyyətə daha əvvəl məlumat verilmişdi.    Bildiririk ki, qeyd olunan məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, nöqsanlara yol verən 6 ümumi təhsil müəssisəsinin rəhbərinə Əmək Məcəlləsinə əsasən töhmət verilib, 168 ümumi təhsil müəssisəsinin rəhbərinə isə xəbərdarlıq edilib.   Əlavə olaraq qeyd edək ki, Elm və Təhsil Nazirliyi, həmçinin yerli təhsili idarəetmə orqanları tərəfindən də təhsil müəssisələrində aparılan yoxlamalar zamanı müəssisələrdə qida təhlükəsizliyi, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu yoxlanılır və nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görülür.

Şagirdlərin nəzərinə!

Aprelin 26-dan Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin buraxılış vərəqələrinin çap edilməsi prosesinə başlanılıb.  Şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən buraxılış vərəqələrini çap edə bilərlər. Qeyd edək ki, aprelin 30-da ümumi təhsil müəssisələrinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadası və VI,VII sinif şagirdləri arasında məktəblilərarası fənn müsabiqələri keçiriləcək.  

Ümumi və məktəbəqədər təhsil müəssisələrində yoxlamalar davam etdirilir

2023-cü ilin əvvəlindən etibarən Elm və Təhsil Nazirliyi, həmçinin yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi və məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılır.    Belə ki, ümumi təhsil müəssisələrində məktəbə rəhbərlik və nəzarətin həyata keçirilməsi, fərdi təhsil, dərnək və dərsdənkənar məşğələlərin təşkili, müəllimlər arasında dərs yükü bölgüsünün qiymətləndirmə nəticələrinə uyğun aparılması, şagird və işçilərin davamiyyəti, tədris-pedaqoji sənədlərin tərtibi, sinif komplektlərinin normativ sənədə uyğun təşkili, həmçinin kadr inzibatçılığı, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər sahələr üzrə yoxlamalar aparılıb. Yoxlamalar zamanı qeyd edilən sahələr üzrə aşkar olunmuş nöqsan və çatışmazlıqlar nəticəsində 18 ümumi təhsil müəssisəsinin direktoru tutduğu vəzifədən azad olunub.    Bununla yanaşı, dövlət məktəbəqədər təhsil müəssisələrində də rəhbərlik və nəzarətin həyata keçirilməsi, normativ hüquqi aktların tələblərinə riayət olunması, uşaqların qida təminatı və anbar uçotunun qanunauyğun aparılması, təlim-tərbiyə prosesinin təşkili, işçilərlə əmək münasibətləri tənzimlənən zaman əmək qanunvericiliyinin tələblərinə əməl olunması, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər sahələr üzrə yoxlamalar aparılıb. Yekun olaraq, aşkarlanmış nöqsan və çatışmazlıqlar nəticəsində 14 dövlət məktəbəqədər təhsil müəssisəsinin müdiri işdən azad edilib.

Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti İstanbulda

Aprelin 24-də Elm və Təhsil Nazirliyinin nümayəndə heyətinin İstanbula səfəri çərçivəsində Mərmərə Universitetində Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar və İstanbul Texniki Universitetinin rektoru İsmayıl Koyuncu ilə görüş keçirilib.     Görüşdə Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib, universitetlər arasında birgə layihələr, ortaq proqramlarla bağlı razılıq əldə olunub.

“TamGənc" Tələbə Basketbol Liqasına yekun vurulub

“TamGənc” Tələbə Basketbol Liqasına yekun vurulub.    Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının basketbolçuları arasında keçirilən final oyununda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası 82-77 hesablı qələbə qazanaraq "TamGənc" Tələbə Basketbol Liqasının çempionu olub.    3-cü yer uğrunda mübarizədə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Azərbaycan Dövlət İqtisad Universitetinin komandası üzərində 77-68 hesablı qələbə ilə liqanın bürünc mükafatına yiyələnib.    Qalib komanda elm və təhsil nazirinin müavini Firudin Qurbanov tərəfindən təltif edilib.    Qeyd edək ki, tələbə liqasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Bakı Mühəndislik Universitetinin komandaları mübarizə aparıb.   

Tacikistanda 2023-2024-cü tədris ili üzrə təhsil imkanı

2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan edilən Tacikistanda təhsil təqaüd proqramına müraciətlərin qəbulu davam edir.    Təqaüd proqramına müraciət üçün son tarix 30 may 2023-cü il nəzərdə tutulub.    Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus və ingilis dilləridir.    Qeyd edək ki, təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz. 

Tələbələr arasında futzal yarışlarının finalçıları müəyyənləşib

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş futzal turnirinin yarımfinal mərhələsi yekunlaşıb.    Yarımfinal oyunlarının nəticələrinə əsasən Gəncə Dövlət Universiteti və Bakı Dövlət Universiteti 3-cü yer, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə final oyunu uğrunda mübarizə aparacaq. Oyunlar mayın 3-də Bakı idman sarayında keçiriləcək.    Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Çempionatda fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.    Qeyd edək ki, çempionatın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsinin aşılanması, yerli ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir. Bununla yanaşı, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbələrin seçiminin təminatı, ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyini və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır.   

Elm və təhsil nazirinin müavini Həştərxana səfər edib

Elm və təhsil nazirinin müavini İdris İsayev Rusiya Federasiyasının Həştərxan vilayətinə səfər edib.    Səfər çərçivəsində əvvəlcə ümummilli lider Heydər Əliyevin Həştərxan şəhərində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.     Sonra nazir müavini ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “dəyirmi masa”da iştirak edib.    Həştərxan Dövlət Universitetində (HDU) təşkil edilən “dəyirmi masa”da həmçinin Həştərxan vilayətinin təhsil və elm naziri Yeqor Uqarov, HDU-nun rektoru Konstantin Markelov, Gənclərlə İş üzrə Agentliyin rəhbəri Viktor Nurtazin, xarici əlaqələr nazirinin müavini İlya Toropitsın, tələbə və gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Azərbaycanın ali təhsil müəssisələrinin təmsilçiləri isə tədbirə onlayn qoşulublar.   “Dəyirmi masa”da çıxış edən nazir müavini İdris İsayev Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bir çox sahələrdə, o cümlədən təhsil sahəsində həyata keçirilən islahatlar və nəticələri barədə danışıb. Nazir müavini çıxışında Heydər Əliyevin azərbaycanlı gənclərin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına göstərdiyi dəstəyi xüsusilə vurğulayıb. Bildirib ki, məhz ümummilli liderin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan – Rusiya münasibətləri qarşılıqlı əməkdaşlıq səviyyəsinə çatdırılıb. Hazırda bu əməkdaşlıq ənənələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.   “Dəyirmi masa”da çıxış edənlər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda sosial, iqtisadi və humanitar sahələrdə əldə edilən nailiyyətlərə toxunub, ümummilli liderin Azərbaycan – Rusiya münasibətlərinin inkişafında rolu barədə fikirlərini bölüşüblər.  Tədbirin sonunda universitet tələbələri konsert proqramı ilə çıxış ediblər.  Qeyd edək ki, səfər çərçivəsində İdris İsayev Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli məktəbi ziyarət edib. Nazir müavininə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş məktəbin fəaliyyəti, eləcə də məktəb şagirdlərinin nailiyyətləri haqqında məlumat verilib. İdris İsayev sözügedən müəssisə ilə Azərbaycan Respublikasının ümumi təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, məktəbdə Azərbaycan dilinin tədrisinə müvafiq dəstəyin göstəriləcəyini bildirib.    İdris İsayev Həştərxan şəhərində yerləşən əlavə təhsil müəssisəsi olan “Kvantorium” uşaq texnoparkını, Həştərxan texniki liseyini də ziyarət edib, müəssisələrdə yaradılan şəraitlə tanış olub.    Daha sonra elm və təhsil nazirinin müavini İdris İsayev, Həştərxan vilayətinin təhsil və elm naziri Yeqor Uqarov və HDU-nun rektoru Konstantin Markelov arasında keçirilən görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib, bir neçə istiqamət üzrə əlaqələrin genişləndirilməsinə dair ilkin razılıq əldə olunub.   

Doktorantura səviyyəsinə sənəd qəbulu davam edir

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu prosesi davam edir.    “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az  üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Proses 16 may 2023-cü il saat 23:59-da yekunlaşacaq.   Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə konfrans

Aprelin 20-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıq və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-türk torpaqları olan Zəngəzur həqiqətləri” adlı konfrans keçirilib. Konfrans 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə təşkil edilib.    Tədbiri giriş nitqi ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransın mövzusunun aktuallığından danışıb. Kamran İmanov çıxışında həmçinin əqli mülkiyyət məsələlərinə toxunub. Qeyd edib ki, ümummilli liderin uzaqgörənliyi nəticəsində yaradılan milli əqli mülkiyyət sistemi ölkə Prezidenti cənab İlham Əliyevin səyləri və dəstəyi nəticəsində uğurla inkişaf edir.    Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri Fuad Axundov, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan Nuri Aksu çıxış ediblər.    Çıxışlarda erməni yalan və saxtakarlıqlarının ifşa edilməsində Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti xüsusilə vurğulanıb, konfransın mövzusunun aktuallığı qeyd edilib, eləcə də tədbirin elmi platforma olduğu diqqətə çatdırılıb.    Konfrans çərçivəsində həmçinin erməni saxtakarlığını ifşa edən “Tarixin izi ilə” silsiləsindən “Keçmişin böyük yalanları: Armeniya və Hayastan” televiziya filmi nümayiş etdirilib.    Konfransda professor Kamran İmanov və Tarix İnstitutunun baş direktoru Kərim Şükürovun mövzu ilə bağlı məruzələri də dinlənilib.     

02/06/2026

? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026

Ətraflı
02/06/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Ətraflı
01/06/2026

? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili

Ətraflı