Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyası davam edir
Aprelin 27-də Elm və Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar kampaniya çərçivəsində Müşfiqabad qəsəbəsində ağacəkmə mərasimi keçirilib.
Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak ediblər.
Kampaniya çərçivəsində qeyd edilən ərazidə 1000 ağac tingi əkilib.
Qeyd edək ki, cari ildən başladılan kampaniya ərzində ölkə üzrə təhsil müəssisələrinin həyətyanı sahələrində müxtəlif növ ağaclar əkilib və proses hələ də davam etdirilir. İlin sonunadək həyata keçirilməsi nəzərdə tutulan kampaniya çərçivəsində ümumilikdə 100 min ağacın əkilməsi planlaşdırılır.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
