“Ulu öndər Heydər Əliyev irsi mənəvi sərvətimizdir” adlı tədbir keçirilib
Mayın 5-də “Ulu öndər Heydər Əliyev irsi mənəvi sərvətimizdir” adlı tədbir keçirilib. Tədbir Mərdəkan Mədəniyyət sarayında Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.
Əvvəlcə qonaqlar foyedə rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək şagirdlərə ulu öndər Heydər Əliyevin zəngin irsi, çoxşaxəli həyat və fəaliyyəti barədə məlumat veriblər.
Tədbirdə Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın şagirdləri “Biz ev tikirik” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər. Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş kompozisiyada şagirdlər ulu öndər və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın kərpic-kərpic qurularaq müasir və güclü dövlətə çevrilməsini mahnı, şeir və rəqslərlə vahid süjet şəklində təqdim ediblər.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
