Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 26 may 2023-cü il tarixində İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayon sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 19 may 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
1 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb
08.07.2024 - 18:05 -
AzTU-ya qəbul olan şəxslər sənədlərini elektron formada təqdim edəcəklər
08.07.2024 - 17:37 -
BMU–İNHA ikili diplom proqramının ilk “Məzun günü” tədbiri keçirilib
08.07.2024 - 17:10 -
Ali təhsil müəssisələrinin rəhbər heyəti və məsul şəxsləri üçün təlim keçirilib
08.07.2024 - 15:35 -
Məktəblilər arasında keçirilən beynəlxalq və respublika yarışlarına yekun vurulub
08.07.2024 - 12:23