Tələbələr arasında debat çempionatı keçiriləcək
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı ilə pedaqoji və təhsilyönümlü ixtisaslarda oxuyan tələbələr arasında təhsil sahəsinin aktual mövzuları üzrə debat turnirləri təşkil ediləcək.
Birinci mərhələdə debat haqqında ilkin məlumat və oyun qaydalarının izahı üçün təlim kursu təşkil ediləcək. Növbəti mərhələdə isə təlim proqramını uğurla tamamlamış tələbələr arasında debat turnirləri keçiriləcək.
Qeyd edək ki, layihədə iştirak üçün müraciət edəcək tələbələrin pedaqoji sahədəki bilik və bacarıqları, həmçinin təhsil siyasətinə dair ümumi məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə qiymətləndirmə mərhələsi təşkil olunacaq.
Unutmayın, təhsil sahəsində müzakirə həmişə faydalı və maraqlıdır!
Qeydiyyat forması: https://forms.gle/mXLwdfuyBsayNRxC7
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
