Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Aprelin 9-da elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün və Türkiyə Respublikası Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri ilə görüşüb. Görüş çərçivəsində təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini İdris İsayev Qubada vətəndaşları qəbul edəcək

Elm və təhsil nazirinin müavini İdris İsayev 14 aprel tarixində Quba şəhərində vətəndaşları qəbul edəcək.   Qəbulda Quba, Şabran və Siyəzən sakinləri iştirak edə bilərlər.    Adları çəkilən rayonların sakinləri 12 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.   Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Emin Əmrullayev Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi ilə tanış olub

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərinə səfər çərçivəsində Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində keçirilən Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi ilə tanış olub.    Nümayəndə heyəti universitet stendlərinə baxış keçirib, sərgi çərçivəsində Azərbaycanın müxtəlif ali təhsil müəssisələri tərəfindən təqdim olunan təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün mövcud təqaüd imkanları barədə ətraflı məlumat diqqətə çatdırılıb.    Daha sonra nümayəndə heyəti Farabi Hub İnnovasiya Mərkəzində mövcud şəraitlə tanış olublar. Ziyarət zamanı nümayəndə heyətinə mərkəzin fəaliyyəti, eləcə də innovasiya və texnologiya yönümlü layihələr barədə ətraflı məlumat təqdim olunub. Tanışlıq çərçivəsində mərkəzin müasir laboratoriyalarına da baxış keçirilib.

Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Qazax Milli Tədqiqat Texniki Universitetini ziyarət edib

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Almatı şəhərinə səfəri çərçivəsində aprelin 7-də Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetini ziyarət edərək universitetin rəhbər heyəti ilə görüşüb.    Görüşdə Qazaxıstan Respublikasının elm və ali təhsil nazirinin müavini Talqat Yeşenkulov, universitetin rektoru Meyram Beqentayev və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev iştirak edib.   Görüş çərçivəsində tərəflər arasında ali təhsil və tədqiqat sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub, o cümlədən universitetin maddi-texniki bazası ilə tanışlıq keçirilib.   Daha sonra elm və təhsil naziri Emin Əmrullayev akademik mobillik proqramı çərçivəsində Qazaxıstanda təhsil alan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri ilə görüşüb.

Nazir müavini Həsən Həsənlinin Şamaxıdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin 8 aprel tarixində Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu aprelin 24-də keçiriləcək.    Qəbulda Şamaxı və Ağsu sakinlərinin iştirakı nəzərdə tutulub.    Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Qazaxıstanda “Study in Azerbaijan” təhsil sərgisinin açılışı baş tutub

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub.   Sərgi iki ölkə arasında təhsil və elm sahələrində strateji tərəfdaşlığın gücləndirilməsi, tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil almaq imkanları barədə məlumatlandırılması məqsədi daşıyır.    Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər.   Sərgidə Azərbaycanın 25-ə yaxın aparıcı universiteti təmsil olunur. Sərgi çərçivəsində abituriyent və tələbələr Azərbaycandakı ali təhsil proqramları, akademik imkanlar və elmi nailiyyətlər haqqında məlumat əldə edə bilərlər. Sərgidə həmçinin qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı ətraflı məlumatlar verilir.   Sərginin açılışında çıxış edən Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bu təşəbbüsün ikitərəfli əməkdaşlığın məntiqi davamı olduğunu vurğulayıb. Qeyd edib ki, ötən il Azərbaycanda təşkil olunmuş "Study in Kazakhstan" sərgisində 2500-dən çox azərbaycanlı gənc iştirak edib. Həmin sərgi zamanı 80-ə yaxın mühüm razılaşma əldə olunub. Bugünkü tədbir də belə səmərəli əməkdaşlığın nəticəsidir.    Elm və təhsil naziri Emin Əmrullayev öz növbəsində təhsildə inteqrasiyanın vacibliyini bildirib. Nazir vurğulayıb ki, Qazaxıstan və Azərbaycan ortaq tarixi və mədəni köklərə malik ölkələrdir. Təhsil sahəsində əməkdaşlıq bu mənəvi yaxınlığı daha da gücləndirir. Nazir qeyd edib ki, bu cür platformalar gənclərə gələcək peşəsini düzgün seçməyə və beynəlxalq rəqabətədavamlı olmağa kömək edir.    Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Farabi Hub KazNU Mərkəzində davam edəcək.

Almatıda Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib

Aprelin 6-da Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib.    Forumun rəsmi açılış hissəsindən əvvəl Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek arasında universitet rəhbərlərinin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tərəflər ali təhsil sahəsində dövlətlərarası əməkdaşlığın inkişafı, o cümlədən akademik mobillik, birgə təhsil proqramları, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər.   Forumun açılış mərasimində salamlama nitqi ilə çıxış edən Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ölkələrimiz  arasında akademik əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, həyata keçirilən təşəbbüslər qarşılıqlı akademik fəaliyyətə yeni təkan verib və ölkələrimizin təhsil imkanlarına ikitərəfli marağı gücləndirib. Forum çərçivəsində Azərbaycanın 18 universiteti ilə Qazaxıstanın 29 universiteti arasında 65 yeni memorandumun imzalanması planlaşdırılır.    Nazir Sayasat Nurbek akademik mobillik və tələbə mübadiləsinin artdığını da qeyd edib və  bildirib ki, 2025-ci ilin yekununa əsasən, Qazaxıstanın 58 universitetində 346 Azərbaycan vətəndaşı təhsil alır. Eyni zamanda Azərbaycan universitetlərində 180 Qazaxıstan vətəndaşı oxuyur.    Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu ölkələrimiz arasında akademik əməkdaşlığın inkişafı baxımından mühüm platformadır. Nazirin sözlərinə görə, son illərdə universitetlər arasında əlaqələrin genişlənməsi, birgə proqramların və akademik mobilliyin artması bu əməkdaşlığın real nəticələrini göstərir.   Nazir çıxışında forum çərçivəsində imzalanacaq yeni anlaşmaların tərəfdaşlığı daha da gücləndirəcəyinə, tələbə və müəllimlər üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.    Forumun rəsmi açılış mərasimindən sonra akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişaf etdirilməsi məqsədi daşıyan anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib.

Emin Əmrullayev qazaxıstanlı həmkarı ilə görüşüb

Aprelin 6-da Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən II Rektorlar Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev bu ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşüb.   Görüş çərçivəsində Qazaxıstan Respublikası ilə ikitərəfli əməkdaşlıq, eləcə də elm və ali təhsil sahəsində inkişaf perspektivləri müzakirə edilib.   Daha sonra Qazaxıstanın Beynəlxalq İnnovasiya və Texnologiya Universitetində (InnoTech) yaradılmış şəraitlə tanışlıq olub.

“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib

Aprelin 4-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusuna həsr olunan Təhsil Forumu keçirilib.   Forum Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.    Forumun əsas məqsədi regionlarda peşə təhsilinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bu sahədə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, yeni yanaşmaların müzakirəsi və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına diqqətin artırılması olub.    Forum iştirakçıları əvvəlcə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış şəraitlə tanış olublar.   Forumun açılışında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxış ediblər.   Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını, regionlarda, o cümlədən Lənkəranda bu sahənin inkişafının gənclərin məşğulluq imkanlarını genişləndirdiyini qeyd edib. Komitə sədri forumun əhəmiyyətini qeyd edərək bildirib ki, belə tədbirlər yeni ideyaların müzakirəsi və təcrübə mübadiləsi üçün vacib platformadır.   Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə çıxışında bildirib ki, həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində peşə təhsili sistemi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, bu sahədə müasir yanaşmaların tətbiqi genişlənib. Nazir müavini qeyd edib ki, regionlarda peşə təhsilinin inkişafı həm iqtisadi fəallığın artırılması, həm də əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.   Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, regionlarda peşə təhsilinin inkişafı yerli iqtisadiyyatın gücləndirilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, Lənkəranda bu sahəyə göstərilən diqqət gənclərin peşə bacarıqlarına yiyələnməsi üçün geniş imkanlar yaradır.    Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb, peşə mərkəzlərinin işəgötürənlərlə əməkdaşlığının gücləndirilməsinin və dual təhsil modelinin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.   Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Milli Məclisin deputatları Elçin Mirzəbəyli, Tamam Cəfərova, Mehriban Vəliyeva, Elnarə Akimova, Afət Həsənova, Samir Vəliyev, Ceyhun Məmmədov və Vasif Qafarov, Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov çıxış ediblər.   Çıxışlarda regionlarda ixtisaslı kadr hazırlığının gücləndirilməsi, dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi və peşə təhsilinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.   Tədbirin sonunda regionlarda peşə təhsili sahəsində fəaliyyətlərinə görə Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup əməkdaşına Milli Məclisin Elm və təhsil komitəsinin fəxri diplomu təqdim olunub.   Forum regionlarda peşə təhsilinin rolunun gücləndirilməsi, mövcud imkanların dəyərləndirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub

Aprelin 3-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. İnfoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, jurnalist və blogerlər, eləcə də digər qonaqlar iştirak ediblər.   İnfoturun məqsədi peşə təhsili sahəsində həyata keçirilən yeniliklərin, regionlarda müasir tədris imkanlarının və peşə təhsili alan tələbələr üçün yaradılmış şəraitin ictimaiyyətə daha geniş təqdim edilməsi, eləcə də peşə təhsilinin təşviqi, bu sahəyə marağın artırılmasından ibarətdir.    İnfotur çərçivəsində iştirakçılar mərkəzdə yaradılmış maddi-texniki baza, tədris emalatxanaları, laboratoriyalar, maldarlıq ferması ilə tanış olublar. Bu çərçivədə tələbələrin qazandıqları bacarıqlar, onların real iş mühitinə hazırlanması və peşə təhsilinin tətbiq yönümlü xarakteri əyani şəkildə nümayiş etdirilib.    Qeyd edilib ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi də regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradır. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.   Əlavə edilib ki, Peşə Təhsil Mərkəzində qənnadçı, şirniyyatçı, dərzi, kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılır. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanır.    İnfotur zamanı iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

27/07/2026

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 31-də keçiriləcək. Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
25/07/2026

✨15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan Avropa Universitet Oyunlarında ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub. ?Komandamız yarış ərzində güclü İspaniya, Norveç, Portuqaliya komandalarını məğlub edərək final mərhələsinə yüksəlib və turniri ikinci yerdə başa vurub. Yarışın yekununda komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
24/07/2026

İyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı