Nazir müavini İdris İsayev ADNSU-nun "Məzun günü" tədbirində iştirak edib
İyunun 23-də Bakı Kristal Zalında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Məzun Günü 2026” tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
ADNSU-nun rektoru Rüfət Əzizov açılış nitqi ilə çıxış edərək universitetin inkişaf istiqamətlərindən, müasir təhsil sisteminin qurulması istiqamətində həyata keçirilən yeniliklərdən, eləcə də ADNSU-nun beynəlxalq reytinqlərdə yüksələn dinamika ilə əldə etdiyi uğurlardan danışıb. Sonda o, məzunları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra 2025/2026-cı tədris ilinin əsas nailiyyətlərini əks etdirən qısa videoçarx nümayiş olunub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək gənclərin inkişafında ali təhsilin əhəmiyyətindən danışıb, məzunların əldə etdikləri bilik və bacarıqları ölkənin inkişafına yönəltmələrinin vacibliyini vurğulayıb. Nazir məzun olmaları münasibətilə gəncləri təbrik edərək onlara uğurlar arzu edib.
Elm və təhsil nazirinin müavini İdris İsayev isə çıxışında ölkədə həyata keçirilən təhsil islahatlarından, universitetlərin qarşısında duran yeni vəzifələrdən və gənc mütəxəssislərin əmək bazarındakı rolundan bəhs edib. O, məzunlara gələcək karyeralarında uğurlar arzulayıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxışında gənclərin ölkənin inkişafında mühüm rol oynadıqlarını qeyd edib və məzunları təbrik edib.
BP şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə universitet–sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayaraq ADNSU məzunlarının enerji sektorunda uğurla fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.
Rəsmi hissədə müxtəlif sahələrdə fərqlənən tələbələr mükafatlandırılıb, ənənəvi “İlin məzunu estafeti” təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
24.06.2026 - 10:00
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
