Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib

İyunun 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qızların təhsilinin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq bildirib ki, layihə artıq davamlı təşəbbüsə çevrilib və bu il proqram üzrə 66 qız məzun adını qazanıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, son beş ildə layihənin müxtəlif proqramlarından 593 nəfər yararlanıb. O, layihənin yüzlərlə qadın və qız üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb.

 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli isə bildirib ki, Fondun həyata keçirdiyi müxtəlif təqaüd və inkişaf proqramları üzrə ümumilikdə 489 iştirakçı dəstək alıb. Onun sözlərinə görə, proqramlar gənc qızların təhsil və karyera imkanlarının genişlənməsinə xidmət edir.

 

Tədbirdə layihənin builki məzunları təbrik edilib, onlara gül dəstələri təqdim olunub. Daha sonra bədii proqram nümayiş olunub.

 

Qeyd edək ki, “Qızların təhsilinə dəstək” layihəsi qızların ali təhsilə çıxışının genişləndirilməsi və onların gələcək inkişafının dəstəklənməsi məqsədilə həyata keçirilir.


25.06.2026 - 10:41