Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu uzadılıb
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulunun müddəti 14 iyul 2023-cü il tarixinədək uzadılıb. Bununla da cari müraciətlər sırasında qəbul sənədi və digər məsələlər üzrə çatışmazlıqları olan namizədlərə sözügedən halları aradan qaldıraraq müraciətlərini tamamlamaları üçün imkan yaradılır. Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz. Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.
02/06/2023 14:27
Şuşada ilk beynəlxalq uşaq rəqs festivalı keçirilib
İyunun 1-də Şuşada “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı keçirilib. Türkdilli dövlətlərin uşaq rəqs qrupları arasında keçirilən festival Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Festivalda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər qonaqlar iştirak ediblər. Festivalda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Azərbaycandan olan 150-yə yaxın məktəblinin ifasında müxtəlif rəqs nömrələri nümayiş etdirilib. Qeyd edək ki, beynəlxalq rəqs festivalının təşkilində məqsəd uşaq və gəncləri dünyaşöhrətli siyasətçi Heydər Əliyevin türk dünyası ilə bağlı gördüyü işlər haqqında məlumatlandırmaq, türkdilli dövlətlərin gənc nəslinə ölkəmizi tanıtmaq, uşaqları bir-birlərinin milli adət-ənənələri ilə tanış etmək, onlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçılara tanıtmaqdan ibarətdir. Digər fotolar
01/06/2023 14:15
4-cü siniflərdə monitorinq keçiriləcək
İyunun 10-da Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunacaq. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir. Monitorinqdə şagirdlərə təqdim olunacaq tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edəcək. Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. Monitorinqin müddəti 120 dəqiqədir. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən sinfə keçmələrinə təsir göstərmir. Ümumi təhsil müəssisələrində IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim edildikdə), fövqəladə hadisə) olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər. IV siniflərdə monitorinq keçirilməsi ilə bağlı suallar və onların cavabları
01/06/2023 12:00
Müəllimlərin iş yerinin dəyişdirilməsi barədə məlumat
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsində uğur qazanan iştirakçıların şəxsi kabinetinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib. Sənəd yoxlanışına gələrkən aşağıda qeyd olunan sənədləri təqdim etmək lazımdır: şəxsiyyəti təsdiq edən sənədin əsli; ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli; əmək kitabçasının əsli. Qeyd edək ki, sənəd yoxlanışı 7-8-9 iyun tarixlərində İnsan Resursları Mərkəzində (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 71) təşkil olunacaq. Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə sənəd yoxlanışında iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq.
01/06/2023 10:02
"Şuşa maarifi" adlı sənədli filmin təqdimatı
Mayın 31-də Şuşada Elm və Təhsil Nazirliyinin və İctimai TV-nin birgə hazırladığı "Şuşa maarifi" adlı sənədli filmin təqdimatı keçirilib. Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər qonaqlar iştirak ediblər. Mərasimdə çıxış edən filmin ssenari müəlliflərindən biri, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbə sayəsində bu gün məhz Şuşada film təqdimatının gerçəkləşməsindən məmnunluğunu ifadə edib. Filmin çəkiliş prosesi ilə bağlı təəssüratlarını bölüşən, Azərbaycanın dünyəvi təhsil tarixinin məhz Şuşadan başladığını bir daha vurğulayan Cəsarət Valehov Şuşanın yetişdirdiyi görkəmli şəxsləri təhsilimizin öndərləri olaraq qiymətləndirib. Bildirilib ki, 49 dəqiqəlik film Şuşanın maarif tarixindən bəhs edir. Filmin ssenari müəlliflərindən digəri Ramil Ələkbərov, rejissoru isə Elçin Qasımovdur. Azərbaycanın ilk dünyəvi məktəbi – Şuşada açılan qəza məktəbindən başlanan tarixdən söz açılan filmdə bu qədim şəhərin xalqımız üçün tarixi və mədəni əhəmiyyəti, həmçinin maarifçilik sahəsində önəmli rolu xüsusilə qeyd olunur. Filmdə Şuşanın Azərbaycanın təhsil və elm sahəsinə tanınmış alimlər, görkəmli ziyalılar bəxş etdiyi diqqətə çatdırılır, eləcə də maarif tarixini yaradan şəxsiyyətlər barədə danışılır. Sonra isə film nümayiş etdirilib. “Şuşa maarifi” filmi izləyicilər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, sözügedən film "Şuşa İli” çərçivəsində hazırlanıb.
31/05/2023 21:00
Tələbələr elektron xidmətlərdən istifadə ilə bağlı maarifləndiriliblər
Tələbələr və təhsil işçilərinin iştirakı ilə elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı maarifləndirici görüşlər keçirilib. Görüşlər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Texniki Universitetində keçirilib. Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət, həmçinin Elm, ali və orta ixtisas təhsili şöbələrinin əməkdaşları tərəfindən təşkil edilən görüşlərdə portal.edu.az, dp.edu.az, apply.enic.edu.az, edu.gov.az, e-ttfk.edu.az platformaları haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, elektron xidmətlərdən istifadənin vətəndaşlar üçün üstünlüklərindən danışılıb. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
31/05/2023 15:00
“Bir peşənin sirri” festivalı keçiriləcək
İyunun 10-da Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə dənizkənarı bulvar ərazisindəki Saat meydanında “Bir peşənin sirri” festivalı təşkil olunacaq. Tədbirin keçirilməsində məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin, o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir. Festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə təhsili müəssisələrinin turizm, sənaye, sənətkarlıq, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər gözləyir. Bununla yanaşı, tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması çərçivəsində əyləncəli oyun və viktorinaların keçirilməsi nəzərdə tutulur.
31/05/2023 12:06
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu davam edir
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu prosesi davam edir. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər. Sənəd qəbulu prosesi 31 avqust 2023-cü il saat 18:00-da bitəcək. Əlavə suallarınız olarsa, keçidə daxil olaraq cavab tapa bilərsiniz.
31/05/2023 11:30
Lisey və gimnaziyalara qəbul davam edir
2023-2024-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu davam edir. Sözügedən lisey və gimnaziyalara ərizə qəbulu https://sy.edu.az portalı üzərindən həyata keçirilir. Ərizə qəbulu prosesi 6 iyun tarixinədək davam edəcək. Valideyn (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyanın seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyaziyyat fənləri üzrə tapşırıqlar təqdim ediləcək. Lisey və gimnaziyalara siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılacaq: ∙ 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün); ∙ 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün); ∙ 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün). Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı təqdim edilib. Lisey və gimnaziyalar barədə ətraflı məlumat ilə https://sy.edu.az elektron sistemində “Mərkəzi imtahan liseyləri” bölməsindən tanış ola bilərsiniz. Dövlət hesabına yataqxana və yeməkxana ilə təmin olunan lisey və gimnaziyalar: - Bakı şəhəri S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası; - Bakı şəhəri A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya; - Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya; - Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;- Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyi; - Şəki şəhəri Kimya, biologiya təmayüllü lisey; - Şəmkir şəhəri Kimya, biologiya təmayüllü lisey; - Şirvan şəhəri Kimya, biologiya təmayüllü lisey; - Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; - Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey; - Ağdaş şəhəri M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya; - Biləsuvar şəhəri texniki fənlər təmayüllü məktəb-lisey; - Gəncə şəhəri Xarici dillər təmayüllü gimnaziya. Digərləri: - Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey; - Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey; - Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey; - Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey; - Bakı şəhəri Texniki-humanitar lisey; - Bakı şəhəri 291 nömrəli ekologiya liseyi; - Bakı şəhər 173 nömrəli tam orta məktəb; - Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya; - Ağstafa şəhəri Texniki-humanitar təmayüllü lisey; - Şamaxı şəhəri Texniki, humanitar və təbiət təmayüllü lisey; - Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəb; - Mingəçevir şəhəri S.Vurğun adına 16 nömrəli tam orta məktəb; - Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey; - Sumqayıt şəhəri İstedad liseyi; - Sumqayıt şəhəri N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi; - Sumqayıt şəhəri Təfəkkür liseyi; - Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya; - Qobustan şəhəri 2 nömrəli tam orta məktəb; - Masallı şəhəri Dəfinə məktəb-liseyi.
31/05/2023 10:01
Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi
Mayın 30-da “Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Qonaqlar Şəhidlər xiyabanı və Türk şəhidliyini də ziyarət ediblər. Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, millət vəkilləri, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının ölkəmizdəki səfirləri, ümumi təhsil müəssisələrinin direktorları, şagirdlər, müəllimlər və digər qonaqlar iştirak ediblər. “Çırpınırdın, Qara dəniz” kompozisiyası ilə başlayan tədbirdə Ortaq Türk Dünyası Olimpiadası barədə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadaya qoşulan bütün qardaş türk ölkələrinin komandalarını təbrik edib. Nazir müavini sözügedən olimpiadanın əhəmiyyətindən bəhs edib. Bildirib ki, türk dünyasının bütövlüyü hər bir türk dövlətinin müstəqilliyinin qorunmasının və möhkəmləndirilməsinin, milli mədəniyyətinin inkişaf etdirilməsinin başlıca şərtidir. Bu birliyin daha da gücləndirilməsi baxımından olimpiada bir körpü rolunu oynayır. Elm və təhsil nazirinin müavini Vətən Müharibəsi zamanı, eləcə də ondan sonrakı dövrdə türk ölkələrinin Azərbaycan xalqına yüksək dəstəyindən söz açıb. Firudin Qurbanov həmçinin ölkəmizdə ortaq türk ədəbiyyatı və türk əlifbası dərsliyinin hazırlanacağını nəzərə çatdırıb. Daha sonra çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli, İzmir Aliağa İlçe Milli Eğitim müdiri Erdoğan Akyüz Ortaq Türk Dünyası Olimpiadasının türk ölkələri gəncliyinin əlaqələri və qarşılıqlı inteqrasiyası baxımından yeni səhifələr açdığını bildirib, belə bir olimpiadanın təşkil olunmasını təqdirəlayiq missiya kimi qiymətləndiriblər. Çıxış edənlər Ortaq Türk Dünyası Olimpiadasını türk dünyası tarixinin yeni nəsillər tərəfindən yazılmasının təməli kimi dəyərləndiriblər. Daha sonra türk ölkələrini təmsil edən olimpiada iştirakçıları və qaliblərə mükafatlar təqdim edilib. Tədbir türk xalqlarının rəqsləri əsasında hazırlanmış kompozisiya ilə başa çatıb.
30/05/2023 18:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
ƏtraflıAli təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı