• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi

Mayın 30-da “Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Qonaqlar Şəhidlər xiyabanı və Türk şəhidliyini də ziyarət ediblər.

 

Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, millət vəkilləri, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının ölkəmizdəki səfirləri, ümumi təhsil müəssisələrinin direktorları, şagirdlər, müəllimlər və digər qonaqlar iştirak ediblər.

 

“Çırpınırdın, Qara dəniz”  kompozisiyası ilə başlayan tədbirdə Ortaq Türk Dünyası Olimpiadası barədə hazırlanmış videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadaya qoşulan bütün qardaş türk ölkələrinin  komandalarını təbrik edib.

 

Nazir müavini sözügedən olimpiadanın əhəmiyyətindən bəhs edib. Bildirib ki, türk dünyasının bütövlüyü hər bir türk dövlətinin müstəqilliyinin qorunmasının və möhkəmləndirilməsinin, milli mədəniyyətinin inkişaf etdirilməsinin başlıca şərtidir. Bu birliyin daha da gücləndirilməsi baxımından  olimpiada bir körpü rolunu oynayır.

 

Elm və təhsil nazirinin müavini Vətən Müharibəsi zamanı, eləcə də ondan sonrakı dövrdə türk ölkələrinin Azərbaycan xalqına yüksək dəstəyindən söz açıb. Firudin Qurbanov həmçinin ölkəmizdə ortaq türk ədəbiyyatı və türk əlifbası dərsliyinin hazırlanacağını nəzərə çatdırıb.

 

Daha sonra çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli, İzmir Aliağa İlçe Milli Eğitim müdiri Erdoğan Akyüz Ortaq Türk Dünyası Olimpiadasının türk ölkələri gəncliyinin əlaqələri və qarşılıqlı inteqrasiyası baxımından yeni səhifələr açdığını bildirib, belə bir olimpiadanın təşkil olunmasını təqdirəlayiq missiya kimi qiymətləndiriblər.

 

 Çıxış edənlər Ortaq Türk Dünyası Olimpiadasını türk dünyası tarixinin yeni nəsillər tərəfindən yazılmasının təməli kimi dəyərləndiriblər.

 

Daha sonra türk ölkələrini təmsil edən olimpiada iştirakçıları və qaliblərə mükafatlar təqdim edilib. 

 

Tədbir türk xalqlarının rəqsləri əsasında hazırlanmış kompozisiya ilə başa çatıb.


1 il əvvəl