Emin Əmrullayev pakistanlı nazir ilə görüşüb
İyulun 4-də elm və təhsil naziri Emin Əmrullayev Pakistan İslam Respublikasının xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı üzrə federal naziri Sajid Hussain Turinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
05/07/2023 11:00
Elektrik mühəndisliyi ixtisası üzrə tam dövlət təqaüdlü ikili diplom proqramı
Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində icra olunan ikili diplom proqramına (BMU – İNHA İDP) 2023-2024-cü tədris ili üçün elektrik mühəndisliyi ixtisası üzrə qəbul prosesi həyata keçirilir. Proqrama qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. BMU – İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan və 2023-cü ildə DİM imtahanlarında iştirak etmiş 1-ci ixtisas qrupunun abituriyentləri və 400 və ya daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Seçim nəticəsində 28 tələbə elektrik mühəndisliyi ixtisası üzrə təhsil almaq hüququ qazanacaq. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən elektrik mühəndisliyi, BMU tərəfindən isə elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə bakalavr diplomları təqdim ediləcək. Proqrama müraciət edən namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi yazılı keçiriləcək riyaziyyat, fizika və ingilis dili üzrə daxili imtahandan uğurla keçməlidirlər. Daxili imtahanda iştirak etmək üçün namizədlər onlayn anket formasını” doldurmaqla tələb olunan sənədləri təqdim etməlidirlər. Qeyd edək ki, ikili diplom proqramına qeydiyyat üzrə son tarix 9 avqust 2023-cü il saat 23:55 nəzərdə tutulub. Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.
04/07/2023 17:13
Lisey və gimnaziyalar üçün seçimlər davam edir
Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçimlər davam edir. Lisey seçimi 4 iyul saat 16:00-da başa çatacaq. Lisey seçimi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az/login) vasitəsilə həyata keçirilir. Valideynlər şəxsi kabinetə daxil olaraq "İmtahanlar" bölməsindən imtahan nəticələri ilə tanış ola və lisey seçimi edə bilərlər. Bu mərhələdə namizədlərə 3 lisey seçimi təqdim olunur. Hər 3 seçimi etmək zərurəti yoxdur. Qeyd edək ki, iyulun 4-dək valideynlər tərəfindən lisey seçimləri, həmçinin seçilən liseylərin ardıcıllığı dəyişdirilə və yenilənə bilər. Nəticələr seçimlər yekunlaşdıqdan bir neçə gün sonra elan ediləcək.
03/07/2023 17:43
SABAH qruplarında işləmək istəyənlərin nəzərinə!
Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023-2024-cü tədris ilinin payız semestrində müxtəlif fənlər üzrə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunurlar. Son müraciət tarixi 11 iyul saat 00:00 nəzərdə tutulub. Müsabiqədə magistr və daha yüksək elmi dərəcəyə malik, mükəmməl səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edən, eyni zamanda, müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran, dinamik, pozitiv namizədlər iştirak edə bilərlər. Müsabiqə və vakant yerlər barədə ətraflı məlumatı linkə (https://shorturl.at/atRTZ) daxil olmaqla "Tədbirlər və elanlar" bölməsindən əldə edə bilərsiniz.
03/07/2023 16:17
146 Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, vətəndaşlar Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə 146-0-5 nömrəsi ilə əlaqə yaratmaqla cavab əldə edə bilərlər.
03/07/2023 15:32
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üzrə sənəd qəbulu davam edir
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə sənəd qəbulu davam edir. Dövlət Proqramına son müraciət tarixi 14 iyul 2023-cü ildir. Proqrama prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız universitetlər üzrə top onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər. Qeyd edək ki, proqrama müraciət edən namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə namizəd tələb olunan sənədləri elektron ərizə sistemində yaratdığı “Şəxsi kabinet”ə əlavə etməklə ərizəni təsdiq etməlidir. Müvafiq seçim qaydalarının tələblərinə uyğun gələn namizədlərin müraciətləri dəyərləndirilir və müsbət qiymətləndirilən şəxslər aidiyyəti üzrə növbəti mərhələyə buraxılırlar. Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.
03/07/2023 11:35
Elm və təhsil naziri Lerikdə vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 10 iyul 2023-cü il tarixində Lerik rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Lənkəran, Astara və Lerik rayonlarının sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 6 iyul 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür. Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.
03/07/2023 10:51
Müəllimlərin işə qəbuluna start verilir
2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 11-15 iyul tarixlərində 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək.
27/06/2023 20:20
Braziliyada 2023-2024-cü tədris ili üçün təqaüd proqramı
Braziliya Universitetlərinin Beynəlxalq Əməkdaşlıq Qrupu (GCUB-MOB) 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı elan edir. Təqaüd Braziliya universitetlərində magistratura və doktorantura təhsil səviyyələri üçün ayrılır. Azərbaycan Respublikası vətəndaşları sözügedən proqrama müraciət edə bilərlər. Təqaüd proqramı üçün son müraciət tarixi 14 iyul 2023-cü ildir. Proqram çərçivəsində əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
25/06/2023 16:00
Bakı Dövlət Universiteti və İsrailin Yerusəlim İbrani Universitetinin ikili diplom proqramına qəbul olmaq istəyənlərin nəzərinə!
Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında magistratura səviyyəsində biotexnologiya ixtisası üzrə ikili diplom proqramına qəbul müvafiq tədris ilində mərkəzləşdirilmiş imtahanda əldə olunmuş nəticələr əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. İkili diplom proqramına müraciət üçün aşağıdakılar tələb olunur: • biologiya, kimya, kimya mühəndisliyi, fizika və ya ekologiya ixtisaslarından biri üzrə bakalavr dərəcəsinə malik olmaq; • yüksək akademik göstəriciyə malik olmaq (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – 80+); • IELTS üzrə minimum 6 və ya internetəsaslı TOEFL testində minimum 89 bal; • bakalavr dərəcəsinin əldə edildiyi ali məktəbin professor-müəllim heyətindən tövsiyə məktubu; • tibbi arayış. Tədris ilinin I semestrində təhsil BDU-da, II semestrində isə HUJI-də həyata keçiriləcək. Tələbə HUJI-nin “non-thesis” (dissertasiya müdafiəsi olmadan) diplomunu və təhsilinin ikinci ilini BDU-da davam etdirməklə BDU və HUJİ-nin “non-thesis” magistr diplomunu alacaq. Proqramın birinci ilini fərqlənmə ilə bitirən tələbələr tədrisin ikinci ilində HUJI-nin “Thesis” proqramına qoşulma imkanı qazanmaqla BDU və HUJI-nin “thesis” magistr diplomunu alacaqlar. Proqrama müraciət və əlavə suallar üçün qeyd olunan elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz: Huji@bsu.edu.az.
25/06/2023 12:48
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı