Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Vorvik Universitetinin ikili diplom proqramı

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin Vorvik Universiteti bərpaolunan enerji mənbələri ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramı həyata keçirir.   Tamamilə dövlət hesabına təmin ediləcək bu proqram çərçivəsində tələbələr həm əcnəbi, həm də yerli professor-müəllim heyəti tərəfindən ölkə daxilində təşkil olunacaq dərslərdə, həmçinin əcnəbi heyət tərəfindən İngiltərədə keçiriləcək 4 həftəlik dərslərdə iştirak edərək sahə üzrə kompetensiyalara yiyələnəcəklər. Sözügedən ikili diplom proqramı Böyük Britaniyada günəş fermaları və külək turbinlərinin istismarı zonaları ilə yanaşı, aparıcı bərpaolunan enerji sahələrinə, müvafiq şirkətlərə baş çəkmək fürsəti təqdim edir. Səyahət və viza daxil olmaqla səfər xərcləri, həmçinin yerləşmə, qidalanma ilə bağlı xərclər Dövlət Proqramı qaydalarına əsasən tam şəkildə ödəniləcək.    İlkin mərhələdə 48 tələbənin müvafiq ixtisas üzrə hər iki ali təhsil müəssisəsinin diplomuna yiyələnməsi nəzərdə tutulub.   Proqramla bağlı ətraflı məlumatı http://asoiu.edu.az/info_main internet səhifəsindən əldə edə bilərsiniz.    Digər suallarla bağlı info.warwick@asoiu.edu.az elektron poçt ünvanına müraciət göndərmək mümkündür.   Qeyd edək ki, Vorvik Universiteti 2024 QS reytinq sisteminə əsasən dünyada 67-ci yerdədir.

Peşə təhsili müəssisələrinə direktor və ya direktor müavinlərinin işə qəbuluna start verilib

İyulun 7-də Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrində direktor və direktor müavini işləmək istəyənlər üçün elektron qeydiyyat prosesinə start verilib. Müsabiqədə iştirakla bağlı namizədlər  iyulun 20-dək https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməlidirlər.     Müsabiqə elektron ərizə qeydiyyatı və vakant yerlərin seçimi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər iyulun 26-da test imtahanına cəlb ediləcəklər. İmtahanda namizədlərə qanunvericilik və məntiq üzrə suallar təqdim olunacaq.     Peşə təhsili müəssisələrində direktor və direktor müavini işləmək istəyən şəxslər üçün qanunvericiliklə müəyyən olunmuş minimum tələblər aşağıdakılardır:        Direktor – ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli, müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər;   Direktor müavini – ali  təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli, müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər.     Qeyd edək ki, müsabiqə çərçivəsində respublika üzrə 19 direktor və 27 direktor müavini vakansiyası elan olunub.    Vakansiya siyahısı Direktor vəzifəsi üzrə müsabiqə proqramı İnzibati və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üçün müsabiqə proqramı Tədris-istehsalat işləri üzrə və tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün müsabiqə proqramı

"SABAH-ın məzunu – 2023" mərasimi keçirilib

İyulun 6-da Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2023” mərasimi keçirilib.    Mərasimdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr iştirak ediblər.    Əvvəlcə tədbir iştirakçıları “Mən SABAHam” adlı sərgi ilə tanış olublar.    Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca isə SABAH qrupları ilə bağlı videoçarx nümayiş etdirilib.     Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli SABAH qruplarının ildən-ilə nailiyyətlərinin artdığını diqqətə çatdırıb, bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb.    Çıxışının sonunda SABAH-ın məzunlarını təbrik edən nazir müavini onlara gələcək həyatlarında uğurlar arzulayıb.    Daha sonra yüksək göstəriciləri ilə fərqlənən məzunlar ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.    Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirilib.    Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib, xatirə fotosu çəkdirilib.    Qeyd edək ki, hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 3200-dən artıq tələbəni əhatə edir. Onlardan 1125 nəfəri (827 nəfəri bakalavriat və 298 nəfəri magistratura səviyyəsi) 2022-2023-cü tədris ili üzrə SABAH məzunu adını qazanıb.

Elm və təhsil naziri “Baku ID’23” tədbirində iştirak edib

İyulun 6-da “Baku ID’23” tədbirinin açılış mərasimi keçirilib.    SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, mərkəzin icraçı direktoru Rəhim Bayramlı çıxış edərək tədbir iştirakçılarına uğurlar arzulayıblar.    Bildirilib ki, ikigünlük tədbirdə 200-dən çox xarici və yerli investor, 100-dən çox startap, 3000-dən çox qonaq və iştirakçı, 10-dan çox partnyor yer alır.    Tədbir “Elektra Events Hall”, Daş Salnamə Muzeyi və bulvarətrafı ərazilərdə festival formatında təşkil edilib.    Tədbir çərçivəsində startapçıların çıxışları, investorlarla görüşlər, panel çıxışlar, müsabiqə və açıq hava konsertinin təşkili nəzərdə tutulur.    Tədbirin ilk günü sessiyalarla davam etdirilib.   Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində yaradılmış SABAH.HUB İnnovasiya Mərkəzinin məqsədi Azərbaycanda akselerasiya proqramları həyata keçirməklə ölkənin innovasiya ekosisteminə töhfə verməkdir.

Lisey və gimnaziyalara qəbul nəticələri elan olunub

2023-2024-cü tədris ili üzrə 32 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada keçirilən lisey və gimnaziyalara qəbul nəticələri elan olunub. Şagirdlərin elektron yerdəyişməsi üzrə portalda (https://sy.edu.az) şəxsi kabinetlər vasitəsilə nəticələrlə tanış olmaq mümkündür.   Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları təqdirdə şəxsi kabinetlərinə daxil olaraq 17 iyul saat 17:00-dək qəbul olduqları müəssisəni təsdiqləməlidirlər. Qeyd olunan tarixədək müəssisə təsdiqlənmədiyi halda qəbul nəticəsi etibarsız hesab ediləcək.   Lisey, yaxud gimnaziyaya qəbul olan və qəbulu təsdiq edən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq. Sənəd qəbulu isə avqust ayında həyata keçiriləcək.   Qəbul nəticələri ilə bağlı müraciətləri 11 iyul saat 12:00-dək müvafiq elektron poçt ünvanına (office@arti.edu.az) yönləndirə bilərsiniz.   Qeyd edək ki, 19 925 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb.   Lisey və gimnaziyalara keçid balları 

Nazir sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərlə görüşüb

"Sertifikatlaşdırma prosesi təhsildə keyfiyyətin artırılmasına, həmçinin müəllimlərin maddi rifah halının yaxşılaşdırılmasına yönəlib".    Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırmada yüksək nəticə əldə edilən müəllimlərlə “Sertifikatlaşdırma: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən görüşdə deyib.    Elm və təhsil naziri sertifikatlaşdırma prosesinin elmi-statistik nəticələrinin təhlilini iştirakçıların diqqətinə çatdırıb.   Nazir bildirib ki, sertifikatlaşdırmanın nəticələrinə əsasən hər üç müəllimdən biri 2023-2024-cü tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.    Emin Əmrullayevin sözlərinə görə, bu gün müəllimlik peşəsi ən rəqabətli sahədir. Bu baxımdan sertifikatlaşdırma prosesinin üstün cəhətləri çoxdur.    Emin Əmrullayev çıxışının sonunda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlərə əldə etdikləri yüksək nəticələrə görə təşəkkürünü bildirib.    Daha sonra sertifikatlaşdırmada yüksək nəticə əldə edən müəllimlər çıxış ediblər.    Tədbir sual-cavab formatında davam etdirilib və sertifikatlaşdırmaya dair müzakirələr aparılıb.    Sonda xatirə şəkli çəkdirilib.    Qeyd edək ki, tədbirdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Direktorların işə qəbulu imtahanına start verilib

İyulun 6-da 8 şəhər və rayon üzrə 9 imtahan mərkəzində şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilir.    “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə ilə bağlı qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək.   Qeyd edək ki, https://miq.edu.az/direktorlar/ saytında direktorların işə qəbuluna dair nümunə test tapşırıqları yerləşdirilib.

Macarıstanda təhsil almaq hüququ qazananlar müəyyənləşib

143 nəfər Azərbaycan Respublikası vətəndaşı 2023-2024-cü tədris ili üzrə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.    Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən memorandum çərçivəsində 143 nəfərdən 11-i doktorantura, 111 nəfər magistratura, 21 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, turizm, təhsil və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.   Təqaüdə layiq görülən tələbələr, əsasən, “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”,  “Eötvös Loránd University”, “Óbuda University” və digər ali təhsil müəssisələrində təhsil imkanı əldə ediblər.

SABAH qruplarında işləmək istəyənlərin nəzərinə!

Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023-2024-cü tədris ilinin payız semestrində müxtəlif fənlər üzrə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunurlar. Son müraciət tarixi 11 iyul saat 00:00 nəzərdə tutulub.    Müsabiqədə magistr və daha yüksək elmi dərəcəyə malik, mükəmməl səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edən, eyni zamanda, müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran, dinamik, pozitiv namizədlər iştirak edə bilərlər.    Müsabiqə və vakant yerlər barədə ətraflı məlumatı linkə (https://shorturl.at/atRTZ) daxil olmaqla "Tədbirlər və elanlar" bölməsindən əldə edə bilərsiniz. 

Beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi

9-14 avqust tarixlərində tələbələr üçün Şamaxı rayonunda beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi təşkil ediləcək. Yay məktəbi “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək.    Yay məktəbinin keçirilməsində məqsəd müxtəlif yerli, xarici universitetlərin tələbə və məzunlarına dünya, eləcə də regiondakı siyasi-iqtisadi vəziyyətin obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, xarici siyasət mövzuları üzrə müzakirələrdə iştirak imkanı yaratmaqla səmərəli öyrənmə platformasının təsis edilməsidir.     Yay məktəbində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:  Siyasi elmlər, beynəlxalq münasibətlər, hüquq, beynəlxalq hüquq, regionşünaslıq və dövlət idarəçiliyi ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri;  Sadalanan ixtisaslarda magistratura səviyyəsində təhsil alanlar və son illərdə məzun olmuş gənc peşəkarlar (yerli və xarici ali təhsil müəssisələrindən);  Yay məktəbinin mövzusu üzrə beynəlxalq təlim və seminarlarda iştirak etmiş, eləcə də yerli və xarici təşkilatlarda təcrübə keçmiş şəxslər;  Yüksək motivasiya, təşəbbüskarlıq, strateji və sistemli düşünmə, komandada işləmək, düzgün qərar qəbul etmək bacarıqlarına malik gənclər;  İngilis dili üzrə səlis danışıq və yazı qabiliyyəti olan namizədlər (digər dilləri bilmək üstünlükdür).    İştirak etmək istəyən və müvafiq tələblərə uyğun gələn şəxslər aşağıdakı keçidə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.    Qeydiyyat forması: https://forms.gle/LM3S5FoJjdwKMbdy8    Qeydiyyatın bitmə tarixi: 16 iyul 2023-cü il.     Nəzərinizə çatdıraq ki, qeydiyyatdan keçmiş iştirakçıların dil bacarıqları və mövzu üzrə ilkin biliklərinin qiymətləndirilməsi üzrə müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Proqram haqqında daha ətraflı məlumat isə seçilmiş iştirakçılara təqdim olunacaq.    Əlaqə: Apply@konullu.edu.az (Subject: Summer School). 

01/06/2026

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura

Ətraflı
01/06/2026

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun

Ətraflı