• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı Dövlət Universiteti və İsrailin Yerusəlim İbrani Universitetinin ikili diplom proqramına qəbul olmaq istəyənlərin nəzərinə!

Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında
magistratura səviyyəsində biotexnologiya ixtisası üzrə ikili diplom proqramına qəbul müvafiq tədris ilində mərkəzləşdirilmiş imtahanda əldə olunmuş nəticələr əsasında  Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. 


İkili diplom proqramına müraciət üçün aşağıdakılar tələb olunur: 

• biologiya, kimya, kimya mühəndisliyi, fizika və ya ekologiya ixtisaslarından biri üzrə  bakalavr dərəcəsinə malik olmaq; 

• yüksək akademik göstəriciyə malik olmaq (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – 80+); 

• IELTS üzrə minimum 6 və ya internetəsaslı TOEFL testində minimum 89 bal; 

• bakalavr dərəcəsinin əldə edildiyi ali məktəbin professor-müəllim heyətindən tövsiyə məktubu;
• tibbi arayış. 


Tədris ilinin I semestrində təhsil BDU-da, II semestrində isə HUJI-də həyata keçiriləcək. Tələbə HUJI-nin “non-thesis” (dissertasiya müdafiəsi olmadan) diplomunu və təhsilinin ikinci ilini BDU-da davam etdirməklə BDU və HUJİ-nin “non-thesis”  magistr diplomunu alacaq. 

 

Proqramın birinci ilini fərqlənmə ilə bitirən tələbələr  tədrisin ikinci ilində HUJI-nin “Thesis” proqramına qoşulma imkanı qazanmaqla BDU və HUJI-nin “thesis” magistr diplomunu alacaqlar.  

 

Proqrama müraciət və əlavə suallar üçün qeyd olunan elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz:  Huji@bsu.edu.az
 


1 il əvvəl