Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qruplarında işləmək istəyənlərin nəzərinə!

Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023-2024-cü tədris ilinin payız semestrində müxtəlif fənlər üzrə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunurlar. Son müraciət tarixi 11 iyul saat 00:00 nəzərdə tutulub. 

 

Müsabiqədə magistr və daha yüksək elmi dərəcəyə malik, mükəmməl səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edən, eyni zamanda, müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran, dinamik, pozitiv namizədlər iştirak edə bilərlər. 

 

Müsabiqə və vakant yerlər barədə ətraflı məlumatı linkə (https://shorturl.at/atRTZ) daxil olmaqla "Tədbirlər və elanlar" bölməsindən əldə edə bilərsiniz. 


2 il əvvəl