• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"SABAH-ın məzunu – 2023" mərasimi keçirilib

İyulun 6-da Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2023” mərasimi keçirilib. 
 
Mərasimdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr iştirak ediblər. 
 
Əvvəlcə tədbir iştirakçıları “Mən SABAHam” adlı sərgi ilə tanış olublar. 
 
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca isə SABAH qrupları ilə bağlı videoçarx nümayiş etdirilib.  
 
Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli SABAH qruplarının ildən-ilə nailiyyətlərinin artdığını diqqətə çatdırıb, bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb. 
 
Çıxışının sonunda SABAH-ın məzunlarını təbrik edən nazir müavini onlara gələcək həyatlarında uğurlar arzulayıb. 
 
Daha sonra yüksək göstəriciləri ilə fərqlənən məzunlar ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar. 
 
Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirilib. 
 
Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib, xatirə fotosu çəkdirilib. 
 
Qeyd edək ki, hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 3200-dən artıq tələbəni əhatə edir. Onlardan 1125 nəfəri (827 nəfəri bakalavriat və 298 nəfəri magistratura səviyyəsi) 2022-2023-cü tədris ili üzrə SABAH məzunu adını qazanıb.


1 il əvvəl