Nazir sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərlə görüşüb
"Sertifikatlaşdırma prosesi təhsildə keyfiyyətin artırılmasına, həmçinin müəllimlərin maddi rifah halının yaxşılaşdırılmasına yönəlib".
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırmada yüksək nəticə əldə edilən müəllimlərlə “Sertifikatlaşdırma: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən görüşdə deyib.
Elm və təhsil naziri sertifikatlaşdırma prosesinin elmi-statistik nəticələrinin təhlilini iştirakçıların diqqətinə çatdırıb.
Nazir bildirib ki, sertifikatlaşdırmanın nəticələrinə əsasən hər üç müəllimdən biri 2023-2024-cü tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.
Emin Əmrullayevin sözlərinə görə, bu gün müəllimlik peşəsi ən rəqabətli sahədir. Bu baxımdan sertifikatlaşdırma prosesinin üstün cəhətləri çoxdur.
Emin Əmrullayev çıxışının sonunda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlərə əldə etdikləri yüksək nəticələrə görə təşəkkürünü bildirib.
Daha sonra sertifikatlaşdırmada yüksək nəticə əldə edən müəllimlər çıxış ediblər.
Tədbir sual-cavab formatında davam etdirilib və sertifikatlaşdırmaya dair müzakirələr aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, tədbirdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
3 il əvvəl
Digər xəbərlər
-
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək
29.09.2026 - 15:47 -
“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub
29.09.2026 - 15:11 -
Azərbaycan “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında “Medal of Excellence” qazanıb
28.09.2026 - 11:46 -
Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin 10-cu plenar iclasında təmsil olunub
28.09.2026 - 10:25 -
Zəfər parkı ziyarət edilib
27.09.2026 - 15:00
