Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin mövzuları elan olunub

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi ilə bağlı Azərbaycan və rus bölmələri üzrə mövzular təqdim olunub. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platformasına daxil olmaqla hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.   Xatırladaq ki, müsahibə zamanı müəllimlər proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünütəqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə müvafiq komissiya tərəfindən qiymətləndiriləcəklər.

Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək

Dekabrın 15-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçiriləcək.   Qurultayda dövlət rəsmiləri və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak edəcəklər. Qurultayda ümumilikdə 1700-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.   Qurultayın keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi Sərəncamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş əhəmiyyətli nailiyyətlər, eləcə də 2018-ci ilin noyabrında keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbirlər və islahatlar barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır. Bu mühüm tədbir həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində təhsil sistemi qarşısında duran vəzifələri müəyyənləşdirəcək.   Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir.   www.muallim.edu.az/

Birinci sinfə şagird qəbulu davam edir

2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.   Bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 113 nəfəri oğlan, 60 226-sı isə qızdır. 115 840 nəfər Azərbaycan bölməsi, 11 514 nəfər rus bölməsi, 985 nəfər isə tədris digər dillərdə aparılan bölmələr üzrə sorğu yerləşdirib.   Qeyd edək ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Laçın məktəbliləri “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinə qoşulublar

“Azərbaycan üçün öyrət” proqramı çərçivəsində təşkil edilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinin növbəti dayanacağı Laçın rayonu olub.    Yay məktəbinin Laçın rayonunda keçirilən ikinci günündə 34 şagird iştirak edib.    Layihə çərçivəsində yaradıcı düşünmə, ünsiyyət və təqdimat bacarıqları, ilkin sahibkarlıq anlayışları, kodlaşdırma, robototexnika, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarış və oyunlar təşkil olunub.    Qeyd edək ki, layihənin məqsədi şagirdlərə yeni bacarıq və vərdişlər qazandırmaq, onlarda həyata fərqli baxış, dünyagörüşünün formalaşmasına təsir göstərmək və Heydər Əliyev irsini təbliğ etməkdir. Təhsil avtobusu bu il Zəngilan – Laçın – Neftçala – Göyçay – Qazax – Tərtər – Qax – Bakı marşrutu üzrə hərəkət edəcək. Layihəyə 300-dən çox şagirdin cəlbi nəzərdə tutulub. 

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulla bağlı məlumat

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.   Test imtahanı mərhələsində hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilir. İmtahanın müddəti 120 dəqiqədir.   Test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

“StudentFest 2023” tələbə düşərgəsi sona çatıb

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə təşkil edilən “StudentFest 2023” tələbə düşərgəsi sona çatıb. Belə ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müəllimlərin işə qəbulu müsabiqəsində dəstək göstərmiş, həmçinin təhsilin idarəedilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün təşkil olunan düşərgənin ilk 2 istiqaməti uğurla tamamlanıb.   “StudentFest 2023”ün açılış mərasimində elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova iştirak ediblər.    Tələbə düşərgələri natiqlik, idarəçilik və kommunikasiya bacarıqlarını formalaşdıran görüşlər, ixtisasyönümlü təlim proqramları, həmçinin asudə vaxtın səmərəli dəyərləndirilməsi məqsədilə keçirilən yarış və intellektual oyunlarla zəngin olub.     Qeyd edək ki, “StudentFest 2023” tələbə düşərgəsinin növbəti 2 istiqaməti avqust və sentyabr aylarında jurnalistika, incəsənət, təbiət elmləri, mühəndislik, dövlət və ictimai münasibətlər ixtisaslarında təhsil alan tələbələr üçün təşkil olunacaq.   

HTP çərçivəsində Slovakiyada təhsil alacaq təqaüdçü müəyyənləşib

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasındakı əməkdaşlığa əsasən, Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Slovakiyada təhsil alacaq təqaüdçü müəyyənləşib. Belə ki, 2023–2024-cü tədris ili üzrə 1 nəfər Azərbaycan vətəndaşı sözügedən ölkədə təqaüdlü əsaslarla təhsil almaq hüququ qazanıb. Həmin şəxs “Matej Bel University”də slovak dilinə dair hazırlıq keçdikdən sonra magistratura səviyyəsində kompüter elmləri ixtisası üzrə təhsil alacaq.    Qeyd edək ki, sözügedən təqaüd proqramına dair elan aprelin 28-də dərc olunub.

Ağalı kəndinin şagirdləri “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinə qoşulublar

“Azərbaycan üçün öyrət” proqramı çərçivəsində keçirilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinə Zəngilan rayonundan başlanılıb. Yay məktəbində 47 şagird iştirak edib.  Layihə çərçivəsində yaradıcı düşünmə, ünsiyyət və təqdimat bacarıqları, kodlaşdırma, robototexnika, ilkin sahibkarlıq anlayışları, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarış və oyunlar təşkil olunub. Qeyd edək ki, layihə çərçivəsində Zəngilan – Laçın – Neftçala – Göyçay – Qazax – Tərtər – Qax – Bakı marşrutu üzrə səfər ediləcək. Layihəyə 300-dən çox şagird cəlb olunub. Layihənin məqsədi şagirdlərə yeni bacarıq və vərdişlər qazandırmaq, onlarda həyata fərqli baxış, dünyagörüşünün formalaşmasına təsir etmək və Heydər Əliyev irsini təbliğ etməkdir.  

Peşə təhsili müəssisələrinə işə qəbul davam edir

2023–2024-cü tədris ili üçün peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və  istehsalat təlimi ustalarının işə qəbulu prosesi davam edir.   Peşə təhsili müəssisələrində çalışmaq istəyən şəxslər avqustun 21-dək portal.edu.az vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsili müəssisələri üzrə 142 ixtisas fənn müəllimi və 429 istehsalat təlimi ustası vakansiyası elan olunub. Müsabiqə elektron әrizәlәrin qәbulu və vakant yerlərin seçilməsi, təqdim edilən mәlumatların uyğunluğunun müvafiq komissiya tәrәfindәn yoxlanılması, test imtahanı mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər 24 avqust tarixində ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.    Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsabiqəyə aşağıda qeyd olunan tələblərə uyğun namizədlər müraciət edə bilərlər:   İxtisas fənn müəllimləri – orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər;   İstehsalat təlimi ustaları – orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər.   Vakansiya siyahısı Müsabiqə proqramı

“Təhsil avtobusu” budəfəki səfərinə Şərqi Zəngəzurdan başlayacaq

14 – 22 avqust tarixlərində “Təhsil avtobusu – gələcəyə doğru” yay məktəbi keçiriləcək.   Layihənin məqsədi şagirdlərə yeni bacarıq və vərdişlər qazandırmaq, onlarda həyata fərqli baxış, dünyagörüşünün formalaşmasına təsir etmək və Heydər Əliyev irsini təbliğ etməkdir.   Təhsil avtobusu Bakı şəhərindən yola düşərək Zəngilan (Ağalı kəndi) – Laçın – Neftçala – Göyçay – Qazax – Tərtər (Talış kəndi) – Qax – Bakı marşrutu üzrə hərəkət edəcək.   Yay məktəbi adıçəkilən bölgələrdəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri orta və yüksək olan VI-IX sinif şagirdlərini əhatə edəcək. Layihə çərçivəsində şagirdlər kodlaşdırma, robototexnika, yaradıcı düşünmə bacarıqları, ilkin sahibkarlıq anlayışları, ünsiyyət və təqdimat bacarıqları, STEAM metodologiyası üzrə təlimlərdə, həmçinin intellektual oyunlarda iştirak edəcəklər. İştirakçılara sertifikat və hədiyyələr təqdim olunacaq.   Qeyd edək ki, 2016-cı ildən hər il müxtəlif konsepsiya ilə yola çıxan “Təhsil avtobusu” layihəsinə respublikanın 29 bölgəsi üzrə 900-dən artıq şagird və tələbə cəlb edilib. Layihə Elm və Təhsil Nazirliyi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində həyata keçirilir.

01/06/2026

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura

Ətraflı
01/06/2026

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu

Ətraflı
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun

Ətraflı