Sertifikatlaşdırma imtahanı izlənilib
Avqustun 31-də ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunublar. Test imtahanının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin əməkdaşları, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə imtahanın keçirildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbə mediatur təşkil edilib. Mediaturda iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli qeyd edib ki, ölkə üzrə 13 şəhər olmaqla 22 imtahan mərkəzində təşkil olunan test imtahanlarının ilk seansında 1 172 müəllim iştirak edir. Həsən Həsənli xatırladıb ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş dəyişikliyə əsasən pedaqoji staj tələbi 5 ildən 3 ilə endirilib, eyni zamanda 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırılma prosesində iştirakı könüllü şəkildə olub. Daha sonra qonaqlar proseslə bağlı fikir mübadiləsi aparıblar.
31/08/2023 15:00
Elm və təhsil naziri Zaqatalada vətəndaşları qəbul edib
Avqustun 30-da elm və təhsil naziri Emin Əmrullayev Zaqatala rayonunda vətəndaşları qəbul edib. Qəbulda Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qax və Balakən rayonlarının sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
30/08/2023 16:00
Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdədir
Tacikistan Respublikası Təhsil İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Təhsil Akademiyasının A.Cami adına Təhsilin İnkişafı İnstitutu, Respublika Tədris-Metodiki Mərkəzi, Tacikistan Təhsil Akademiyasının Təhsilin İnkişafı İnstitutu və PISA layihə menecerlərindən ibarət 11 nəfərlik nümayəndə heyəti Azərbaycanda səfərdədir. Təlim səfərinin məqsədi PISA və digər beynəlxalq qiymətləndirmə tədqiqatları ilə bağlı Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməkdir. Təlim səfəri 28-31 avqust tarixlərini əhatə edəcək. Nümayəndə heyəti əvvəlcə elm və təhsil nazirinin müavini Həsən Həsənli tərəfindən qəbul edilib. Görüşdə ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə olunub. Səfərin 1-ci günündə Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov beynəlxalq qiymətləndirmələrlə bağlı Azərbaycanın təcrübəsi haqqında məlumat verərək onların milli təhsil islahatlarının formalaşdırılmasındakı rolundan bəhs edib. Görüşdə həmçinin ARTİ-nin Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva Azərbaycanın Milli Kvalifikasiyalar Çərçivəsi ilə bağlı qonaqlara təqdimat edib. Daha sonra ARTİ-də davam edən görüşün ikinci hissəsində institutun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov “Kurikulum təkmilləşdirilmələrində TIMSS və PISA çərçivə sənədlərinin diqqətə alınması” mövzusunda təqdimat edib. Şöbə müdiri riyaziyyat, kimya, biologiya və coğrafiya fənn kurikulumları ilə bağlı həyata keçirilən dəyişikliklərdən danışıb. ARTİ-nin Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov isə “Dərslik siyasəti və yeni nəsil dərsliklərin hazırlanması qaydaları” mövzusunda təqdimat edib. Sonda Tacikistan nümayəndələri ilə təlim mövzuları barədə müzakirələr aparılıb. Qeyd edək ki, 5 günlük təlim proqramı çərçivəsində müxtəlif qurumlara səfərlər planlaşdırılır.
29/08/2023 14:30
HTP çərçivəsində 8 nəfər Latviyada təhsil alacaq
Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2023-2024-cü tədris ili üzrə 8 azərbaycanlı “Latviya dövlət təqaüdü”nə layiq görülüb. Seçim barədə Latviya Respublikası tərəfindən verilən yekun qərar nəticəsində sözügedən 8 nəfər bu ölkənin “Riga Technical University”, “University of Latvia”, “ Turība University” ali təhsil müəssisələrində təhsil hüququ qazanıb. Onlardan 6 nəfəri magistratura, 2 nəfəri isə doktorantura səviyyələri üzrə biznes və idarəetmə, kompüter elmləri, mühəndislik, səhiyyə, sosial və davranış elmləri ixtisaslarında təhsil alacaq. Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 23 ölkə üzrə Azərbaycan ilk üçlükdə yer alır: Ən çox təqaüd qazanan ölkələrin siyahısı Müxtəlif təhsil səviyyələri üzrə təqaüdçülərin sayı Ukrayna 9 Finlandiya 9 Azərbaycan 8 Gürcüstan 7 Çin 7 Qazaxıstan 5 Müvafiq təqaüd proqramı barədə 1 aprel 2023-cü il tarixində elan verilib.
28/08/2023 18:42
Tələbələr üçün elm düşərgəsi təşkil ediləcək
11-14 sentyabr tarixlərində "Zuğulba" tədris-idman bazasında "Bir Könüllü" Tələbə Təşkilatının “Elm və innovasiya” proqramının təşkilatçılığı ilə tələbələr üçün elm düşərgəsi təşkil ediləcək. Düşərgədə ali təhsil müəssisələrinin biologiya, kimya və fizika ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan II-III kurs tələbələri iştirak edə bilərlər. İştirak etmək istəyənlər 4 sentyabr tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/Uu9LU7RNYzjf7XTG9 Düşərgə ərzində beynəlxalq, həmçinin yerli elmi-tədqiqat institutlarında çalışan tədqiqatçılar təcrübələrini bölüşəcək, müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə praktik tapşırıqlar həll edəcəklər. Sessiyalar müddətində tələbələrə tədqiqat işinin necə aparılması, elmi məqalələrin yazılmasında diqqət edilməli məqamlar, həmçinin elmin etik qaydaları barədə seminarlar təşkil olunacaq. Layihənin yekununda iştirakçılara sertifikat təqdim ediləcək. Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd tələbələr arasında elmi inkişafı dəstəkləmək, tədqiqatçılarla əlaqələrin qurulmasına şərait yaratmaq, həmçinin müasir dövrdə elm sahəsindəki problemləri və həll yollarını tələbələrin diqqətinə çatdırmaqdır.
28/08/2023 15:00
Lisey və gimnaziya seçimi üzrə II mərhələnin nəticələri açıqlanıb
Avqustun 28-də mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinin nəticələri elan edilib. Şagirdlərin elektron yerdəyişmə portalında (www.sy.edu.az/login) şəxsi kabinetə daxil olaraq qəbul nəticələri ilə tanış ola, eyni zamanda şagirdlərin sənədlərini qəbul olduqları müəssisəyə təqdim edə bilərsiniz. Qeyd edək ki, sənəd qəbulu avqustun 28-dən başlayaraq 30 avqust saat 16:00-dək davam edəcək.
28/08/2023 12:00
Rezidenturaya qəbul olunanlar üçün qeydiyyat prosesi başlayır
Avqustun 28-i saat 11:00-da ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. Müraciətçilər https://portal.edu.az/ sistemi vasitəsilə qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Qeydiyyat prosesi 6 sentyabr saat 18:00-da başa çatacaq. Qeyd edək ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
28/08/2023 11:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Laçından olan sakinlərlə görüşüb qısa söhbət etdilər. Kişi sakin: Anam 46 il burada müəllim işləyib. Biz anam tərəfdən böyük nəsil-kökük. Mehriban xanım Əliyeva: Bura cənnətdir. Nə qəşəng qızdır. Balaca qız: Gedək bizim evimizdə bir çay içək. Prezident İlham Əliyev: Sağ ol, bala, çox sağ ol. Hələ çox gələcəyik. Sağ olun. Sizə cansağlığı və uğurlar. Qadın sakin: Sağ olun. Mehriban xanım Əliyeva: Sağ olun. Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Qeyd edildi ki, Laçın şəhər 2 nömrəli tam orta məktəbin binasının layihələndirilməsi və əsaslı təmiri məqsədilə Azərbaycan Prezidenti 2022-ci il sentyabrın 22-də Sərəncam imzalayıb. Sərəncama əsasən, ötən ilin dekabrında məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. Həmçinin məlumat verildi ki, Azərbaycan Prezidentinin qeyd olunan Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb. Həmin məktəb binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti, kitabxananın yaradılması nəzərdə tutulur. president.az
25/08/2023 22:15
Tələbələr üçün mühəndislik düşərgəsi təşkil ediləcək
7-10 sentyabr tarixlərində "Zuğulba" tədris-idman bazasında "Bir Könüllü" Tələbə Təşkilatı və Avropa Elektrik Mühəndisliyi Tələbələri Assosiasiyasının yerli bölməsi "EESTEC Observer Baku"nun əməkdaşlığı ilə mühəndislik düşərgəsi təşkil ediləcək. Düşərgədə ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında bakalavriat (III-IV kurs) və magistratura səviyyələri üzrə təhsil alan tələbələr iştirak edə bilərlər. Düşərgədə iştirak etmək istəyən tələbələr 5 sentyabr tarixinədək link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Təlimlərin sonunda bütün iştirakçılara sertifikat təqdim olunacaq. Düşərgədə müxtəlif beynəlxalq və yerli şirkətlərdə çalışan peşəkar mühəndislər öz təcrübələrini tələbələrlə bölüşəcəklər. Bununla yanaşı, layihələrin idarə olunması, kommersiyalaşma, mühəndislikdə idarəetmə ilə bağlı müxtəlif seminarlar keçiriləcək. Qeyd edək ki, düşərgənin təşkilində məqsəd tələbələr və müxtəlif şirkətlərdə çalışan mühəndislər arasında əlaqələrin yaradılması, praktik biliklərin öyrədilməsi, mühəndisliklə bağlı dünyada mövcud olan yeniliklərdən tələbələri xəbərdar etmək, real əmək bazarının tələblərini öyrətmək, həmçinin asudə vaxtın səmərəli təşkilidir.
25/08/2023 18:00
Magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirməyə start verilir
Avqustun 28-i saat 11:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start veriləcək. Müraciətçilər https://portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 4 sentyabr saat 18:00-da yekunlaşacaq.
25/08/2023 17:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı