Elm və təhsil naziri Bakı Mühəndislik Universitetində
Elm və təhsil naziri Emin Əmrullayev Bakı Mühəndislik Universitetinin (BMU) yeni istifadəyə verilmiş tədris korpusunda olub, burada yerləşən laboratoriyalara və texnoparka baxış keçirib.
BMU-nun rektoru Yaqub Piriyev təhsil müəssisəsinin maddi-texniki bazası, elmi-tədqiqat fəaliyyəti barədə naziri məlumatlandırıb. Rektor tədqiqatların səmərəli təşkili, texnoloji yeniliklərin mənimsənilməsi, tətbiqi məqsədilə mövcud ekosistemin və universitet texnoparkının fəaliyyətinin gücləndirilməsi, eləcə də nəzərdə tutulan hədəflərlə bağlı zəruri informasiyaları diqqətə çatdırıb.
Sonra Emin Əmrullayev geniş maddi-texniki bazaya, müasir tələblərə cavab verən elmi-tədqiqat və tədris laboratoriyalarına, eyni zamanda tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Universitet tələbələrinin müxtəlif yarışlarda qazandıqları nailiyyətlərlə tanış olan nazirə həyata keçiriləcək yeniliklər, gələcəkdə icrası nəzərdə tutulan layihələr haqqında məlumat verilib.
Universitetin texnoparkına da baş çəkən Emin Əmrullayev ümumilikdə tələbələrə geniş araşdırma imkanları yaradan laboratoriyaların fəaliyyətindən məmnunluğunu bildirib.
Universitetin rektor və professor-müəllim heyəti ilə söhbət aparan nazir ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, fundamental və tətbiqi elmi-tədqiqatlar aparan müəssisənin qarşısında duran vəzifələri qeyd edib. Ali təhsilin inkişaf prioritetlərinə uyğun olaraq, universitetdə tədris və təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, yeni ixtisasların açılması, infrastrukturun gücləndirilməsi məsələləri nəzərdən keçirilib.
BMU-nun daha da inkişaf edəcəyinə inamını vurğulayan elm və təhsil naziri kollektivə uğurlar arzulayıb.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
