Laçın rayonu Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb
Dekabrın 13-də Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.
Bununla əlaqədar təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin (RTİ) müdiri Fuad Bədəlov, Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov, məktəb kollektivi, valideynlər, həmçinin digər qonaqlar iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Tədbirdə Şərqi Zəngəzur RTİ-nin müdiri Fuad Bədəlov çıxış edərək məktəb binasının açılışı münasibətilə təhsil işçilərini, şagird və valideynləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, məktəbdə ilkin olaraq 35 şagird təhsilə cəlb edilib. 176 şagird yerlik ikimərtəbəli məktəb binasında 11 sinif otağı, 2 laboratoriya, gənclərin çağırışaqədərki hazırlığı və tibb otağı, kitabxana, idman, həmçinin 105 yerlik akt zalı, yeməkxana, bufet mövcuddur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olub və burada kənd sakinləri ilə görüşüblər.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 22-də Laçın rayonu Zabux kənd tam orta məktəbinin binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
1 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi başlayır
12.06.2025 - 19:30 -
İdris İsayev AzTU-da Kitabxana İnformasiya Mərkəzinin açılışında iştirak edib
12.06.2025 - 17:45 -
Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb
12.06.2025 - 17:00 -
Həsən Həsənli VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının açılışında çıxış edib
12.06.2025 - 16:15 -
Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə dair məlumat!
12.06.2025 - 15:54