İctimai Şuraya seçkilərə sənəd qəbulu başa çatır
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərə sənəd qəbulu prosesi bu gün saat 23:59-da başa çatır. Sənədlərin qəbulu və qeydiyyatı shura@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır. Sonrakı mərhələdə İctimai Şuraya seçkilərin təşkili və üzvlərin say həddinin müəyyən edilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək. Qeyd edək ki, İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbulu 2023-cü ilin 30 dekabr tarixindən elan olunub. Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
31/01/2024 12:12
Dərslik ekspertləri ilə görüş
Yanvarın 30-da STEAM İnnovasiya Mərkəzində dərslik ekspertləri ilə görüş keçirilib. Görüşdə ümumi təhsil pilləsi üzrə 2023–2024-cü tədris ili üçün hazırlanmış dərsliklərin qiymətləndirmə nəticələri, tədris ilinin birinci yarısı ərzində müəllimlərdən daxil olmuş əks-əlaqə və nailiyyətlər müzakirə edilib. Növbəti tədris ilinə təkmilləşdirilməli və yeni hazırlanmalı dərsliklərin ekspertizasının gedişatı təhlil edilib, həmçinin təkliflər dinlənilib. Sonra ekspertlər STEAM İnnovasiya Mərkəzinə baxış keçirib, eksponat və simulyatorların tədrisdə istifadə imkanlarını müzakirə ediblər.
30/01/2024 17:25
“Məktəbli könüllü” proqramına seçim davam edir
“Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən “Məktəbli könüllü” proqramı ölkədə ilk dəfə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmasını həyata keçirir. Proqramın məqsədi şagirdlər arasında sosial inkişafı təmin etmək, komanda işini formalaşdırmaq, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətləri gücləndirmək, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəsil formalaşdırmaqdır. Proqrama bu günədək 780 müraciət daxil olub. Onlardan 482 nəfəri Bakı və Sumqayıtda, 298-i isə digər bölgələrdə təhsil alan məktəblilərdir. Müsahibə mərhələsinə 460 nəfər dəvət olunub, onlardan 213-ü proqrama üzv seçilib. Layihə ilkin mərhələdə Bakı, Xırdalan və Sumqayıt məktəblərini əhatə edir. Qeyd edək ki, proqrama üzv olmaq istəyən şagirdlər 29 fevral tarixinədək qeydiyyat formasını (https://forms.gle/jY4cK2UxqNBQ7UgU7) tamamlamalıdırlar. Proqramın tərəfdaşı olmaq istəyən ümumi təhsil müəssisələri isə mekteblikonullu@konullu.edu.az elektron poçt ünvanı vasitəsilə müraciət ünvanlaya bilər.
30/01/2024 11:30
Elm və təhsil naziri Beyləqanda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 23 fevral tarixində Beyləqan rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 14 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
30/01/2024 10:32
“Maarifçi” tələbə-məzun təcrübə proqramının imtahan mərhələsi keçirilib
Yanvarın 28-i Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramının imtahan mərhələsi keçirilib. “Maarifçi” tələbə-məzun təcrübə proqramına qoşulmaqla bağlı müraciət etmiş 1958 nəfərdən 690-ı imtahanda iştirak üçün müvafiq hesab olunub. İmtahan mərhələsində ali təhsilin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarda təhsil alan III və IV kurs tələbələri, magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər iştirak ediblər. İmtahanda namizədlərə məntiq, informatika, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətinə dair 40 sual təqdim olunub. Bunlardan əlavə, yumşaq bacarıqları yoxlayan test tapşırıqları da imtahan sualları arasında yer alıb. İmtahanda yüksək bal toplamış 100 nəfər müsahibə mərhələsinə dəvət olunacaq. Qeyd edək ki, tələbələr, məzunlar üçün Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan “Maarifçi” proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. “Maarifçi” tələbə-məzun təcrübə proqramının imtahan mərhələsi
29/01/2024 17:28
Tələbələrin təcrübə keçmə qaydalarında yeniliklər edilib
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydalarında yeniliklər edilib. Yeni qaydalar 2024-cü ilin 15 sentyabr tarixindən tətbiq olunacaq. Sözügedən qaydalar xarici ölkə ali təhsil müəssisələrinin filiallarına şamil olunmur. Qaydalara əsasən, təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində iştirakının təmin edilməsi, tələbənin müasir texnologiyalarla, iş üsulları və digər yeniliklərlə tanış edilməsi, təcrübə bazasının infrastrukturunun əlilliyi olan tələbələr üçün müyəssər olması, tələbələrin təcrübə bazasında məşğulluq imkanlarının nəzərə alınması əsas öhdəliklər kimi müəyyən olunub. Təcrübə təhsil müəssisəsindən kənarda keçirildiyi halda, təhsil müəssisəsi ilə təcrübə bazaları arasında müqavilə bağlanılacaq. Tələbənin əmək fəaliyyəti təcrübə komissiyası tərəfindən təcrübə kimi tanına bilər. Bu zaman əmək fəaliyyətinin hər bir həftəsi 1,5 kreditə bərabər tutulur. Tələbənin təcrübə müddətində beşgünlük iş rejimi üzrə həftəlik təcrübə keçməsi müddəti ən azı 20 saat olmalıdır. Bu müddət, ixtisasın profilindən asılı olaraq, təhsil müəssisəsi tərəfindən artırıla bilər. Yeni qaydalara əsasən, təcrübənin qiymətləndirmə üsul və meyarlarının hazırlanması və təcrübə komissiyasının yaradılması ali və orta ixtisas təhsili müəssisələrinin səlahiyyətinə verilib. Təcrübə tələbənin təklifi əsasında təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda və ya xarici ölkədə keçirildiyi halda, nəqliyyat və mehmanxana xərcləri onun tərəfindən ödənilir. Aşağıdakı posterlər və müvafiq link vasitəsilə yeniliklərlə ətraflı tanış ola bilərsiniz: https://shorturl.at/ilwTV
29/01/2024 14:57
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir
2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I, V və IX sinifləri üçün təkmilləşdirilmiş və ya yeni hazırlanmış dərslik, eləcə də onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir. Dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Saytın qeyd edilən bölməsində yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, rəy, irad və təklifləri xüsusi ayrılmış sahədə yazmaq, həmçinin derslik@edu.gov.az elektron poçt ünvanına göndərmək mümkündür.
29/01/2024 11:37
Gürcüstanın nümayəndə heyəti Bakı Dövlət Universitetində olub
Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Görüşdə çıxış edən Giorgi Amilaxvari Azərbaycanın ən böyük və qədim universitetində olmaqdan məmnunluğunu ifadə edib, BDU-da keçirilən görüşün yeni ideya və layihələrin reallaşdırılmasına təkan verəcəyini bildirib. Nazir qeyd edib ki, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim, tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması xalqlarımızın inkişafına öz töhfəsini verəcək. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxışında ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini və iki ölkə arasında təhsil, elm sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi istiqamətində BDU-nun önəmli rol oynayacağını vurğulayıb. BDU-nun rektoru Elçin Babayev sözügedən universitetlə Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb. Rektor həmçinin nazir Giorgi Amilaxvarinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin xalqlarımız arasında təhsil və elm sahələrində möhkəm dostluq və əməkdaşlığın sübutu olduğunu bildirib.
26/01/2024 12:52
Baş nazir Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb
Yanvarın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari ilə görüşüb. Görüşdə Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. AZƏRTAC
25/01/2024 20:00
“Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri ilə görüş keçirilib
Yanvarın 25-də Elm və Təhsil Nazirliyinin rəhbərliyi və “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri arasında görüş keçirilib. Elm və təhsil naziri Emin Əmrullayev və agentliyin qlobal məsələlər üzrə rəhbəri Phil Batinin iştirak etdiyi görüşdə yerli ali təhsil müəssisələrinin cari göstəriciləri və perspektivləri müzakirə olunub. Phil Bati dünya universitetlərinin reytinqi üzrə ümumi məlumat verib. Görüşdə həmçinin Azərbaycan ali təhsil müəssisələrinin nəticələri regional və qlobal səviyyədə müqayisə edilib. Nəticələri təhlil olunan müəssisələrin güclü, zəif tərəfləri vurğulanıb və reytinqlərdə irəliləmək üçün növbəti zəruri addımlar müəyyən olunub.
25/01/2024 18:27
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı