• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” mövzusunda olimpiada təşkil olunacaq

Aprelin 4-də Elm və Təhsil Nazirliyində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib. 


Görüşdə məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş olimpiadanın təşkilinə dair fikir mübadiləsi aparılıb. 


Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, millət vəkili, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Elxan Nəcəfov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü İbrahim Bayramov iştirak ediblər. 


Bildirilib ki, olimpiadanın təşkilində məqsəd ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir. 


Ölkənin ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak edəcəyi olimpiada 3 mərhələli olacaq. Final mərhələsi iyun ayında Naxçıvan Muxtar Respublikasında keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək. 


Qeyd edək ki, olimpiadanın tərəfdaşları qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması çıxış edəcək. Sözügedən olimpiada ötən ilin noyabr ayında Naxçıvanda təşkil olunmuş “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresi çərçivəsində müzakirə edilən təkliflərin reallaşdırılmasının davamı kimi həyata keçiriləcək.


04.04.2024 - 16:45