Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu başlayır
Elm və Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsini elan edir. Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 27 fevral - 1 aprel 2024-cü il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək. Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz. Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi
15/02/2024 09:45
Elm və təhsil naziri Birləşmiş Ərəb Əmirliklərinə səfər edib
12-14 fevral tarixlərində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində BƏƏ-nin təhsil naziri Ahmad Belhoul Al Falasi, habelə xalq təhsili və qabaqcıl texnologiyalar üzrə dövlət naziri, “Emirates School Establishment” şirkətinin Direktorlar Şurasının sədri Sarah Al Amiri ilə görüşüb. Görüşlər zamanı ölkəmiz ilə Birləşmiş Ərəb Əmirlikləri arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
13/02/2024 15:39
Dövlət Proqramı çərçivəsində 2024-2025-ci tədris ili üçün sənəd qəbuluna başlanılacaq
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna yaxın günlərdə start veriləcək. 13 noyabr 2023-cü il tarixində 2024-2025-ci tədris ili üzrə “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq edilərək ictimaiyyətə təqdim olunub. “2022-2026-cı illər üzrə Dövlət Proqramı”na Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat və magistratura səviyyəsinə qəbul olmağa hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Proqrama müraciət portal.edu.az şəxsi kabineti üzərindən həyata keçiriləcək. “2022-2026-cı illər üzrə Dövlət Proqramı”na müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə tələb olunan sənədləri təqdim etməlidirlər. Tələb olunan sənədlərlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz: https://shorturl.at/cgsPQ Qeyd edək ki, “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb.
13/02/2024 14:14
Reproduktiv sağlamlığa dair maarifləndirmə işləri davam etdirilir
2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrinin VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir. Məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramından, “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”ndan irəli gələn məsələlərin icrasının təmin edilməsindən ibarətdir. Maarifləndirmə işləri “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” əsasında aparılır. Metodiki vəsait Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, eləcə də “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin birgə səyləri nəticəsində hazırlanıb. Qeyd edək ki, ölkə üzrə 3500-dən çox ümumi təhsil müəssisəsində VIII və IX sinif şagirdlərinə sinif saatlarında məşğələlər keçirilib. Məşğələlər sinif rəhbərləri, müvafiq fənn müəllimləri və dəvət edilmiş mütəxəssislər tərəfindən aparılır. Metodiki vəsaitin tövsiyəsinə əsasən, dərs ilinin əvvəlində valideynlər üçün maarifləndirici iclaslar da təşkil edilib.
12/02/2024 15:11
Elm və təhsil nazirinin müavini "Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib
Fevralın 8-də Milli Aviasiya Akademiyasında "Fevral məruzələri 2024: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı" mövzusunda IX beynəlxalq elmi-praktik gənclər konfransı öz işinə başlayıb. Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Mühəndislik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransa Rusiya, Türkiyə, Almaniya, Fransa, Portuqaliya, Litva, Ukrayna, Belarus, Qazaxıstan və Azərbaycandan 30-dan çox elm və təhsil müəssisəsini, o cümlədən 17 universitet, 9 tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcı firmaları təmsil edən 150-dən çox iştirakçı qatılıb. Tədbiri giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının birinci prorektoru Ədalət Səmədov MAA-nın rektoru Arif Paşayevin konfrans iştirakçılarına təbrikini oxuyub. Plenar iclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Baş prokuror Kamran Əliyev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti vəzifəsini icra edən Samir Rzayev, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov çıxış ediblər. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında konfransın əhəmiyyətindən, gənclərin yaradıcı potensialının üzə çıxarılması istiqamətində Nazirlik tərəfindən görülən işlərdən bəhs edib. Qeyd edək ki, "Fevral məruzələri 2024: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı" mövzusunda IX beynəlxalq elmi-praktik gənclər konfransı fevralın 10-dək davam edəcək.
09/02/2024 17:00
Elm və təhsil naziri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Rəsul Həşimovla görüşüb. Mentorluq proqramı çərçivəsində keçirilən görüş zamanı nazir qalibləri təbrik edib və mentor olaraq birillik fərdi inkişaf planı əsasında onlarla təcrübəsini bölüşəcəyini, həmçinin potensiallarını üzə çıxarmağa dəstək olacağını bildirib. Görüşdə Emin Əmrullayev qalibləri Elm və Təhsil Nazirliyinin fəaliyyəti, gələcək inkişaf hədəfləri barədə məlumatlandırıb. Nazir son illərdə aparılan təhsil islahatları və bu sahədə inkişafa dəstək olacaq işlər barədə qaliblərin fikirlərini dinləyib. Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində təşəkkür edərək mentorluq proqramı çərçivəsində Emin Əmrullayevin şəxsi təcrübəsindən faydalanmaqdan məmnunluqlarını bildiriblər. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.
08/02/2024 14:51
Elmi-tədqiqatların birgə həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb
Fevralın 5-də Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu, Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında elmi-tədqiqat üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Mərasimdə iştirak edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi dosent Vazeh Əskərov, Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev, Neft-Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov prioritet istiqamət kimi birgə elmi-tədqiqat işlərinin stimullaşdırma mexanizmlərinin təkmilləşdirilməsindən, tədqiqat institutları və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən və bu istiqamətdə potensial əməkdaşlıq imkanlarından danışıblar. Qeyd edək ki, ötən ay Azərbaycan Texniki Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Hər iki memorandum “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə bağlı həyata keçirilən ardıcıl tədbirlərə aiddir.
05/02/2024 18:00
“Bir Gələcək” təşəbbüsü 4500-dən çox şagirdi əhatə edib
Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “İctimai fəallığın artırılması ilə dəyişim əməkdaşlığı” layihəsi çərçivəsində keçirilən “Bir Gələcək” təşəbbüsü yekunlaşıb. Məqsədi müxtəlif sahələrdə çalışan və uğur qazanan şəxslərin məzun olduqları məktəbə səfərinin, yuxarı sinif şagirdləri ilə görüşlərinin, təcrübə və bilik mübadiləsinin təşkili olan təşəbbüs çərçivəsində 50 Bakı, 20 region məktəbinə səfər həyata keçirilib. Ümumilikdə 5 ay davam edən layihə Bakı, Sumqayıt, Şirvan, Salyan, Sabirabad, Lənkəran, Cəlilabad, Biləsuvar, Neftçala, Yevlax, Ağsu, Gəncə, Saatlı və Tovuz şəhərlərini əhatə edib. “Bir Gələcək” təşəbbüsünə spiker qismində dəvət olunmuş şəxslər I, II və III “Yüksəliş” müsabiqəsinin qalibləri, eyni zamanda müxtəlif dövlət və özəl qurumlarda çalışan mütəxəssislər, təhsil işçiləri, gənc peşəkarlar olublar.
05/02/2024 17:11
"Gəncliyin BİR həftəsi 5” adlı layihə keçirilib
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən “Gəncliyin BİR Həftəsi 5” layihəsində 200-dən çox tələbə-könüllü iştirak edib. Layihə 29 yanvar-2 fevral 2024-cü il tarixlərini əhatə edib. Gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşünün formalaşdırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması, gənc nəslin sağlam ruhda yetişməsi və komanda işinin gücləndirilməsi məqsədilə “Zuğulba” Tədris İdman Bazasında şahmat, voleybol, futbol, stolüstü tennis olmaqla dörd fərqli idman növü üzrə həvəskar turnirlər təşkil olunub, “Karyera planlaması”, “İşə qəbul şansını artır”, “Beynəlxalq təmsilçilik”, “Enneaqramla yenidən özümüzü kəşf edək” və “Auditoriya qarşısında çıxış” mövzularında interaktiv təlimlər həyata keçirilib. “Bir” tələbə-könüllülər həftə çərçivəsində Xəzər dənizinin sahillərində “Tullantılara yox deyək!” şüarı ilə təmizlik aksiyası həyata keçiriblər. Eyni zamanda “Yanardağ” Dövlət Tarixi-Mədəniyyət və Təbiət Qoruğuna, STEAM İnnovasiya Mərkəzinə, Azərbaycan Dəmiryol Muzeyinə ekskursiyalar təşkil olunub, gənclər arasında əyləncəli mühitin formalaşdırılması, şəbəkələşmənin təmin olunması məqsədilə peyntbol oyunu, kartinq yarışı və musiqili proqramlar həyata keçirilib.
02/02/2024 17:44
Türkiyənin milli təhsil naziri Azərbaycanda səfərdədir
Yanvarın 30-dan Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin Azərbaycanda səfərdədir. Türkiyənin milli təhsil naziri Yusuf Tekin və nümayəndə heyəti yanvarın 31-də Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Həmçinin “Türk şəhidliyi” abidəsi ziyarət edilərək şəhidlərin xatirəsi yad olunub. Səfər çərçivəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekin və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələrin son illərdə uğurla və dinamik inkişafı vurğulanıb. Eyni zamanda iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün təhsilin ən vacib sahələrdən biri olduğu qeyd edilib. Elm və təhsil naziri Emin Əmrullayev qardaş ölkələr arasında təhsil sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində imkanların artırılacağını diqqətə çatdırıb. Türkiyənin milli təhsil naziri Yusuf Tekin öz növbəsində ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
31/01/2024 14:39
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı