Azərbaycan təhsil sisteminin rəqəmsallaşma imkanları müzakirə olunub
Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və SABAH.HUB İnnovasiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib.
Seminar təhsil texnologiyaları üzrə regional və qlobal trendlərin müzakirəsi, onların əsasında Azərbaycan təhsil sisteminin rəqəmsallaşma fürsətlərinin müəyyən edilməsi məqsədilə təşkil olunub.
Seminarda əvvəlcə SABAH.HUB İnnovasiya Mərkəzinin icraedici direktoru Rəhim Bayramlı açılış nitqi ilə çıxış edib.
Ardınca mərkəzin startapların inkişafı üzrə direktoru Orxan Abbasov “Regionda innovativ təhsil üzrə startaplar”, Strategiya və layihələrin idarə olunması şöbəsinin rəhbəri Nihat Məcidov “Müasir təhsil innovasiyaları” mövzularında təqdimat ediblər.
Seminarda həmçinin ölkəmizin təhsil sisteminin mühüm çağırışları müzakirə olunub, SABAH.HUB və təhsil qurumlarının resursları əsasında bu çağırışlara cavab verə biləcək metod və texnologiyalar təklif olunub.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
