Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış keçirilib
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş badminton idman növü üzrə respublika birinciliyi keçirilib. Beynəlxalq Badminton Federasiyasının qaydaları əsasında “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən təşkil olunan yarışda Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 100 nəfərə yaxın idmançı iştirak edib. Yarış 2010–2011, 2012-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında keçirilib. Respublika birinciliyinin qalibləri diplom, medal və kubokla təltif olunublar. Yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsini şagirdlərə aşılamaq, badminton idman növünü təbliğ etmək və məktəblilərin yarış təcrübələrini artırmaq olub.
17/05/2024 10:19
Elm və təhsil naziri BSUN-un nümayəndə heyəti ilə görüşüb
Mayın 16-da elm və təhsil naziri Emin Əmrullayev Qara Dəniz Universitetlər Şəbəkəsinin (BSUN) sədri Marian Predanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycan ali təhsil müəssisələri ilə BSUN arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
16/05/2024 17:25
Qarabağ Universitetində daha iki vakansiya elan edilib
Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələrinə vakansiyalar elan edilib. Tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin "Elanlar" bölməsinə, eləcə də aşağıdakı keçidlərə daxil olmaqla tanış ola bilərlər. Diqqətinizə çatdırırıq ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri təqdim edən şəxslərin müraciətlərinə baxılacaq. Qarabağ Universitetində vakansiya – ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qarabağ Universitetində vakansiya – ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis
16/05/2024 16:59
Vətəndaş müraciətlərinin statistikası
Mayın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 34 525 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 21 883-ü çağrı mərkəzləri, 830-u sosial media, 5 507-si "WhatsApp" vasitəsilə, 1222-si elektron, 710-u yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 4 373 müraciət qeydə alınıb. Müraciətlər müəllimlərin yerdəyişməsi və işə qəbulu, birinci sinfə qəbul, sertifikatlaşdırma və digər məsələlərlə bağlı olub.
16/05/2024 15:56
“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun tədbiri keçirilib
Mayın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, professor Dilarə Seyidzadə, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Tədbir ərzində tələbələrin ifasında ümummilli liderə həsr edilmiş, həmçinin onun sevdiyi mahnılar, şeirlər səsləndirilib, rəqs kompozisiyaları nümayiş olunub. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən müsabiqəyə 2 500-ə yaxın şəxs qatılıb. 126 nəfər isə qalib müəyyən olunub. Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi dövlətin qurulması, onun hərtərəfli inkişafında misilsiz xidmətlərini gənclərə aşılamaq, nitq mədəniyyəti, bədii ifaçılıq və incəsənətə marağı artırmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.
16/05/2024 12:30
Elm və təhsil naziri Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil nazirinin müavini ilə görüşüb
Mayın 15-də elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil nazirinin müavini Racabov Sardor Baxtiyoroviçlə görüşüb. Görüş zamanı iki ölkə arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub. Racabov Sardor Baxtiyoroviç PISA üzrə II ICESCO Nazirlər Konfransında iştirak məqsədilə ölkəmizə səfər edib.
15/05/2024 18:00
Elm və təhsil naziri Qambiya Respublikasının ibtidai və orta təhsil naziri ilə görüşüb
Mayın 15-də elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhərində keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransında iştirak məqsədilə ölkəmizə səfər etmiş Qambiya Respublikasının ibtidai və orta təhsil naziri Haddi Jatou Sey ilə görüşüb. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
15/05/2024 17:27
Basketbol turnirinə yekun vurulub
Mayın 14-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin tələbələri arasında keçirilən basketbol idman növü üzrə turnirə yekun vurulub. Turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilib. III yer uğrunda mübarizədə Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandası Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandasına qalib gəlib. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandası Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin komandasını məğlub edərək turnirin qalibi olub. Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. I, II, III yerlərin qaliblərinə medal, hədiyyələr, çempion komandaya isə kubok təqdim edilib. Tədbirdə Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, eləcə də Azərbaycan Basketbol Federasiyasının rəsmi şəxsləri və peşəkar basketbolçular iştirak ediblər.
15/05/2024 17:25
Naxçıvan Dövlət Universitetində tibb ixtisası üzrə SABAH qrupları fəaliyyət göstərəcək
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları İcra Komitəsinin nümayəndələri Naxçıvan Dövlət Universitetində (NDU) olublar. Universitetin tələbə heyəti ilə görüş keçirən qonaqlar məlumat veriblər ki, 2024–2025-ci tədris ilindən NDU-da tibb ixtisası üzrə SABAH qrupları fəaliyyətə başlayacaq. Qeyd edilib ki, SABAH qrupları Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014–2015-ci tədris ilindən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılıb. Bu qruplar hazırda 10 ali təhsil müəssisəsində 55 ixtisas üzrə 4 minə yaxın tələbəni əhatə edir.
15/05/2024 17:01
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Mayın 15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Namiq Babayev, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər. Tədbir Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinə dair videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov sözügedən müsabiqənin artıq bir ənənəyə çevrildiyini vurğulayıb. Əli Əhmədov bildirib ki, müsabiqə qaliblərinin bilik və bacarıqları sayəsində qazandıqları bu mükafat onların həyatında əhəmiyyətli yer tutmaqla yanaşı, gələcək hədəflərinin müəyyənləşməsində də mühüm rol oynayacaq. Əli Əhmədov çıxışının sonunda qaliblərə uğurlar arzulayıb. Müsabiqə qaliblərini təbrik edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə Elm və Təhsil Nazirliyi tərəfindən şagirdlər arasında təşkil olunan müsabiqələr barədə tədbir iştirakçılarına məlumat verib. Məktəblilər arasında keçirilən Respublika Fənn Olimpiadalarının əhəmiyyətinə toxunan Emin Əmrullayev bildirib ki, bu olimpiadalar şagirdlərimizin gələcəkdə dünyanın nüfuzlu ali təhsil müəssisələrində oxumalarına imkan yaradır. Şagirdlərimizin təkcə müxtəlif fənlər üzrə bilik və bacarıqlara yiyələnməsi deyil, eyni zamanda öz tarixlərini, milli kimliklərini öyrənməsini vacib sayan Emin Əmrullayev “Qərbi Azərbaycana qayıdış” olimpiadasını da bu qəbildən olan müsabiqələrdən biri kimi qiymətləndirib. Sonda Qarabağda bərpa edilən təhsil ənənələrinə toxunan Emin Əmrullayev müsabiqə qaliblərini Qarabağ Universitetinin tələbəsi olaraq görmək arzusunu da dilə gətirib. Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov öz növbəsində ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı üçün misilsiz xidmətlərindən söz açıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gənclərimizin göstərdiyi qəhrəmanlığı xatırladan Tahir Budaqov çıxışının sonunda qalibləri təbrik edib. Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri əsasında 7 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika incəsənət gimnaziyası şagirdlərinin və 3 nömrəli Respublika Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupunun ifasında musiqi nömrələri səsləndirilib, rəqslər nümayiş etdirilib. Qeyd edək ki, müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilib. Təltif olunanlar - fotolar
15/05/2024 15:51
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı