“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri məlum olub
2 il əvvəl
İyunun 21-də Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar.
Bildirilib ki, olimpiadanın final mərhələsində iştirak edən 36 nəfərdən 19-u qalib olub. Onlardan 3 nəfər I, 6 nəfər II, 10 nəfər isə III yerə layiq görülüb.
Qaliblərə diplom və hədiyyələri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Türkiyənin İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma və digərləri təqdim ediblər.
Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə keçirilib.
Digər xəbərlər
-
Milli Süni İntellekt Mərkəzinin hazırladığı "Neyron.ai" platforması “Rəqəmsal məktəb”də istifadəyə verilib
13.11.2026 - 14:30 -
Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır
13.11.2026 - 11:07 -
Həştərxanda ümummilli liderin adını daşıyan məktəbin 15 illiyi qeyd olunub
13.11.2026 - 11:00 -
Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb
11.11.2026 - 18:00 -
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyət göstərir
11.11.2026 - 16:30
