"Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib
İyunun 20-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi təşkil olunub.
IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiadanın finalında 36 şagird bilik və bacarığını sınayıb. İştirakçılar Bakı, Sumqayıt, Naxçıvan, İsmayıllı və digər bölgələrdən qatılıblar.
Naxçıvan Dövlət Universitetində təşkil olunan finalda münsiflər heyəti tərəfindən şagirdlərə açıq tipli suallar təqdim edilib.
Olimpiadada 18 qalib (3 nəfər I, 6 nəfər II, 9 nəfər III yer) seçiləcək. Qaliblərin mükafatlandırılma tədbiri iyunun 21-də Naxçıvanda keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
