• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Firudin Qurbanov "İTi zəka – 2" hakatonunun mükafatlandırma mərasimində iştirak edib

İyulun 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Uşaqlarının İnkişaf Platforması İctimai Birliyinin əməkdaşlığı çərçivəsində 14-17 yaşlı uşaqlar arasında keçirilən “İTi zəka – 2” hakatonunun mükafatlandırma mərasimi keçirilib.
 

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
 

Tədbirdə giriş nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçılara gələcək həyatlarında uğurlar arzulayıb və bu cür tədbirlərin uşaqlar üçün stimul olduğunu qeyd edib.  
 

Hakatona müraciət edən 530 uşaqdan 93-nün finala kimi gəlməsinin böyük uğur olduğunu vurğulayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib ki, hakaton həm də komandalar yaratmaq, innovativ düşüncə tərzi formalaşdırmaq baxımından əhəmiyyətə malikdir. 
 
Sonra çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sistemində rəqəmsallaşma və innovasiyanın tətbiqi barədə danışıb. Nazir müavini bildirib ki, dünya nə qədər “robotlaşmağa” doğru getsə də, ölkənin gələcəyi insan kapitalına bağlıdır və gənc nəslin nümayəndələri bütün yeni çağırışlara hazır olmalıdırlar. 
 

Firudin Qurbanov çıxışında uşaqlar üçün belə intellektual yarışmaların təşkilinin əhəmiyyətini də vurğulayıb. 
 

Texnoloji innovasiyalar dövründə yaşadığımızı diqqətə çatdıran gənclər və idman nazirinin müavini İndira Hacıyeva öz növbəsində vurğulayıb ki, gələcəyimizi texnologiya və innovasiyalarsız təsəvvür etmək artıq qeyri-mümkündür. Buna görə də dünyaya inteqrasiya və inkişaf üçün texniki elmlərə əhəmiyyət vermək lazımdır. 
 

Çıxış edən digər qonaqlar uşaqların potensialının üzrə çıxarılması baxımından hakatonun vacibliyini vurğulayıblar.   
 

Daha sonra “İTi zəka – 2” hakatonuna dair məlumatları özündə əks etdirən təqdimat nümayiş olunub. 
 

Tədbirdə həmçinin hakatonun mərhələləri və iştirakçıların hazırlığına dair videoçarx nümayiş etdirilib. 
 

Sonra qaliblərə mükafatlar təqdim olunub. Hakatona hazırlıq müddətində uşaqlara müxtəlif mövzularda seminarlar keçən təlimçilərə isə təşəkkürnamələr verilib.
 

Tədbir bədii hissə ilə davam etdirilib.


04.07.2024 - 17:10